19 Noyabr 2017, Bazar - 18:19

B.Ekklstoun: “Günah Həmiltonda idi”

B.Ekklstoun: “Günah Həmiltonda idi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 27 İyun, 2017

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun Bakıda Filarmoniyanın tinində Həmiltonla Fettel arasında yaşanan insidentdə Ferrari komandasının sürücüsünü müdafiə edib.

F-1.az xatırladır ki, Həmilton təhlükəsizlik avtomobilinin çıxış dövrəsində birdən yavaşlamış və bunu gözləməyən Fettel arxadan britaniyalı sürücüyə çırpılmışdı. Bu insidentdən sonra ön qanadını zədələyən almaniyalı sürücü əsəbləşərək, Ferrari-sini Həmiltonun Mercedes-inə çırpmışdı. İnsidenti araşdıran stüardlar dördqat Dünya Çempionuna bu hərəkətinə görə 10 saniyə dayan və get cəzası versələr də, Ekklstoun Həmiltonu günahkar sayır: “Bu cür insidentlər bütün yarışlarda ola bilər. Məncə, Həmilton əyləcə basaraq, qəza yaşatmaq və Fettelə zərər vermək istəyirdi.

Buna görə də Fettelin reaksiyası normal idi. Həmiltona demək istədi ki, sənin hərəkətinin səbəbini bilirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 166
Teqlər , , , , , , ,
Paylaş

logo