B.Ekklstoun: “Formula1 Ferrari-siz heç nədir”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Sercio Markionnenin hədələri doğrudur və Formula1 rəhbərliyi onların istədiklərini verməsə, idmandan gedəcəklər.

F-1.az xatırladır ki, Markionne 2021-ci ildə qüvvəyə minəcək mühərrik reqlamentinə etiraz olaraq, idmandan gedəcəklərini demişdi. Lakin əksəriyyət bunun blef olduğunu düşünsə də, Ekklstoun tam fərqli fikirdədir: “Düzünü desəm, bu təhdidləri Luka di Montedzemolo etsəydi, ciddiyə almazdım. Yekunda Luka həyatını avtoidmana həsr etmiş adam idi. Sercio isə Formula1 olmadan da yaşaya bilər. O, ancaq işiylə maraqlanır. Onun üçün əsas olan səhmdarlardır. Sercio yeni qərarları bəyənməsə, ayrılacaq. Ferrari Formula1-siz yaşaya bilər, amma Formula1 Ferrari-siz yox.

Beş ildir Ferrari-nin oyanmasını gözlədim və nəhayət ki, bacardılar. Mercedes-lə mübarizə Ferrari fanlarını həvəsləndirdi.

Yarış təşkilatçılarından üzr istəyirəm. Çünki onlara böyük məbləğlərə maraqsız yarışlar satdım. Buna görə məyusam. Onlar əvvəlki Formula1 üçün o məbləğləri ödədilər. Qarşılığında isə ancaq Mercedes-in hegemonluğunu gördülər. Ferrari-nin hesabına fanlar yenidən idmana maraq göstərirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*