19 Dekabr 2018, Çərşənbə - 01:22

B.Ekklstoun Formula1-ə rəqib seriya quracaq?

B.Ekklstoun Formula1-ə rəqib seriya quracaq?

Müəllif: Rauf Hacıyev, redaktor

08:15 - 28 Yanvar, 2017

Berni Ekklstoun neçə illərdir ki, fərqli seriyaların yaranmasından qorxurdu. Amma indiki vəziyyətində Formula1-in 86 yaşlı sabiq rəhbəri bu ideyanı özü həyata keçirə bilər.

F-1.az xatırladır ki, birinci gün axşam Berni Ekklstounun 40 illik Formula1 səltənəti əlindən alınıb və onu Çeys Keri əvəz edib.

Ekklstoun bundan sonra “bu gün işdən çıxarıldım. Bu da o deməkdir ki, şirkətlə rəsmi əlaqəm qalmadı. 40 ildən çoxdur ki, gördüyüm işlə və Formula1-də qazandığım uğurlara görə özümlə fəxr edirəm” demişdi.

Mətbuatda çıxan xəbərlərə görə, Berni yeni bir seriya yaradaraq, Liberty-yə qarşı mübarizə apara bilər.

Əndryu Benson, BBC Sport-un Formula1 müxbiri: “Maraqlıdır. Etibarlı bir mənbənin verdiyi xəbərə görə, Ekklstoun 2019-cu ildə yeni bir seriya quraraq Liberty Media ilə mübarizə apara bilər. Ümid edirəm ki, bu söhbətlər doğru deyil. Ayrılıqlar heç kim üçün yaxşı olmaz. Sadəcə saf kindarlıq olar”.

Bundan başqa məşhur jurnalistlərdən biri Piter Uindzor bildirib ki, Ekklstoun ona verilən “Mister E. (Berni qəsd edilib) bundan sonra nə edəcək?” sualına – “O ayrı bir seriya qurur” cavabını verib.

Bundan başqa Almaniyanın Auto Bild nəşri bildirib ki, Berni Ekklstounun dostu Flavio Briatore uzun müddətdir ki, GP1 konseptini yenidən canlandıra bilər. Bu seriyada daha aşağı büdcələrin, təbii havalandırma sistemli mühərriklər və standart şassilərin olacağı gözlənilir. Bu seriya FİA-ya tabe olmadan GP2 və GP3 komandaları ilə müqavilə bağlaya bilər.

Red Bull bəyan edib ki, Ekklstounun yaradacağı rəqib seriyalardan heç birinə qoşulmayacaqlar. Bu barədə Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko danışıb: “Biz Formula1-in arxasındayıq və başqa seriyalar ilə tərəfdaşlıq etmək istəmirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 510
Teqlər , , , , , ,
Paylaş

logo