14 Dekabr 2018, Cümə - 17:02

B.Ekklstoun: “Formula1 Avropa Çempionatı deyil”

B.Ekklstoun: “Formula1 Avropa Çempionatı deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

14:02 - 25 İyun, 2016

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, Formula1 Avropa Çempionatı deyil və buna görə də təqvimdən bir neçə Avropa yarışı çıxarıla bilər…

F-1.az xatırladır ki, Ekklstoun bu həftə bildirmişdi ki, təqvimdə 1 yarış çoxdur və gələn ildən etibarən təqvimdəki yarışların sayı 18 ola bilər.

Berni Ekklstoun: “Bir və ya iki ölkə təqvimdən çıxarıla bilər. Hansı ölkələr olacağını deyə bilmərəm, ancaq dünyanın fərqli yerlərindən yeni ölkələr olacaq. Avropadan yox”.

Xatırladaq ki, Fransa yarışı daha əvvəl Formula1 təqvimindən çıxarılmışdı və hazırda təhlükə siqnalları Almaniya və İtaliya üçün çalınır.

Berni Ekklstoun: “Formula1 Avropa Çempionatı deyil, Dünya Çempionatıdır”.

Son illərdə təqvimə daxil olub, uzun müddət qala bilməyən Türkiyə, Koreya və Hindistan kimi ölkələr var. Jurnalistlər Azərbaycan yarışının da taleyinin eyni olub-olmayacağını soruşublar: “Vaxtında ödəmə etsələr, təqvimdə qalacaqlar”.

Formula1 yarışlarının artıq ölkələr və təşkilatçılar üçün xeyirli olmadığı ilə bağlı fikirlərə Ekklstoun belə cavab verib: “Bu, mənim səhvim deyil. Yarışları mən təşkil etmirəm. Azarkeşləri cəlb etmək onların işidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 245
Teqlər
Paylaş

logo