B.Ekklstoun Ferstappenə dəstək verib

Formula1-in rəhbəri yarışlarda belə hadisələrin ola biləcəyini deyib.

F-1.az xatırladır ki, Sebastyan Fettel Ferstappeni keçmək istərkən holland sürücü döngəni kəsərək buna imkan verməmişdi. Bunun nəticəsində vaxt itirən Fettel Rikkardonun hücumlarına məruz qalmış, aqressiv müdafiə olunmasına görə nəticəsinin üzərinə 10 saniyə əlavə edilmiş və yekun protokolda beşinci olmuşdu. Bu barədə danışan Berni Ekklstoun bildirib: “Əla idi. Yarışlarda belə şeylər olmalıdır. Hər şeyə nəzarət edən insanlar var və baş verənlərin qaydalara uyğun olub-olmadığına qərar verirlər. Trasdan kənarda gəzdilər? Xeyr. Bu gün heç kim divarlar qoymağa ehtiyac duyulan yerlərə çıxmadı”.

Eddi Cordan isə Maksı tənqid edib: “Maks bəzi şeyləri başa düşməlidir. Beş saniyə cəzası ona verilə biləcək ən minimum cəza idi. Düzdür, hələ çox gəncdir, amma Formula1-də hamının riayət etməli olduğu qaydalar var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*