B.Ekklstoun Ferrari-ni müdafiə edib

Formula1-in rəhbəri Berni Ekklstoun Ferrari komandasının bonus almaq haqqını müdafiə edib.

F-1.az xatırladır ki, italyanlar hər mövsüm əlavə 100 milyon dollar pul alırlar. Ekklstoun bildirib ki, Ferrari bu pula layiqdir və məbləğin verilmə səbəbini izah edib: “Niyə belə olur? Çox bəsitdir. Onlar bazarda böyük paya sahibdirlər və idmana çox xeyir verirlər. Bundan başqa idmanda həmişə qalacaqlarına dair müqavilə bağlayıblar. Buna görə də bu pula layiq olmadıqlarını desəm, yalan danışmış olaram. Bu cür idmanda böyük şirkətlər sədaqət andı içsələr, onları mükafatlandırmalısınız. Çünki onların hesabına daha çox pul qazanılır. Əgər Ferrari-ni bir qədər incitsələr, böyük dəyəri itirərlər. Mercedes də bir neçə çempionluq qazandıqdan sonra bezib gedəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*