16 Noyabr 2018, Cümə - 14:00

B.Ekklstoun: “Ferrari lazım olanda Sebastyanı dəstəkləmədi”

B.Ekklstoun: “Ferrari lazım olanda Sebastyanı dəstəkləmədi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:18 - 28 Oktyabr, 2018

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Ferrari komandası sürücüsü Fettelə dəstək olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk iki yarışında qələbə qazanıb çempionluq üçün ən real namizəd olsa da, səhvlərinə görə titulu əldən verib.

Berni Ekklstoun: “Həmilton mükəmməldir. Əksər sahələrdə ən güclüsüdür və daha da güclənir. Formula1 üçün daha çox iş görür. Lakin bu, şou üçün yaxşı hal deyil.

Sebastyan komandasından dəstək almadığı halda, Mercedes var qüvvəsi ilə Həmiltonun arxasında idi. Mercedes-dən narahat deyildi və onun üçün hər şey yağ kimi gedirdi. Ferrari də bunu edə bilərdi. Amma Sebastyan ehtiyacı olduğu dəstəyi ala bilmədi və tək qaldı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 206
Teqlər , ,
Paylaş

logo