23 Sentyabr 2017, Şənbə - 18:48

B.Ekklstoun: “Ferrari Alonsonu dəvət etməlidir”

B.Ekklstoun: “Ferrari Alonsonu dəvət etməlidir”

Müəllif: Elçin Zodorov, redaktor

14:07 - 28 İyun, 2017

Mövsümün sonunda Sebastyan Fettel və Kimi Rəykkönenin Ferrari ilə müqavilələri başa çatır. Komanda onlarla müqaviləni uzatmağa hələ tələsmir, bütün diqqətlər çempionluq mübarizəsinə yönəlib. Fettel karyerasını yəqin ki, Ferrari-də davam etdirəcək. Amma Rəykkönenin komandada qalmaq perspektivi sual altındadır.

F-1.az xəbər verir ki, İspaniyanın ABC qəzetinin Ferrari-nin kimə müqavilə təklif etməli olduğu ilə bağlı sualını cavablayan Berni belə deyib: “Əlbəttə, Fernando Alonso. O, Formula1 tarixinin ən yaxşı sürücülərindəndir”.

Fernando dəfələrlə bildirib ki, gələn mövsümlə bağlı qərarını hələ verməyib, lakin onun keçmiş meneceri Flavio Briatore italyan radiolarından birində danışarkən Ferrari-yə qayıtmasını istisna etməyib: “Fernando Maranelloda hamı ilə yaxşı işləyib, təkcə Marko Mattiaççi ilə problemləri olub. Alonso da Ayrton Senna kimi komandayla problemlər yaşamır, sadəcə ona qələbəyə imkan verən maşın lazımdır.

Hazırda iki komanda qələbə qazanmaq iqtidarındadır – Mercedes və Ferrari. Güc qurğusu təchizatçısını dəyişərsə, McLaren də liderlər sırasına qayıda bilər. Görək hadisələr necə inkişaf edəcək. Amma biz Bakıda əmin olduq ki, Red Bull və Force İndia-dan da qələbə gözləmək olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 074
Teqlər , , ,
Paylaş

logo