B.Ekklstoun çempionat barədə nə düşünür?

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Sebastyan Fettel mövsümə mükəmməl start versə də, sonda çempion Lyuis Həmilton olacaq.

F-1.az xatırladır ki, Fettel mövsümün ilk 3 yarışında 3 qələbə qazanaraq, çempionatda liderliyə yüksəlib. Bir yarış qazanmış Həmilton isə almaniyalı sürücüdən cəmi 7 xal geridə qalır.

Berni Ekklstoun
: “Fettel Ferrari-yə gəldikdən sonra şoku üzərindən atıb. Düşünürdü ki, italyanların heyətinə keçən kimi çempion olacaq. Amma işlər yaxşı getmədi. Amma problemlər onun üçün geridə qaldı və artıq özünü komandada daha rahat hiss edir.

Bu mövsüm Həmiltonun çempionluğunu gözləyirəm. Sebastyan yaxın dostumdur və çempion olsa, sevinərəm. Görək nə olur. Lyuis çox istedadlıdır və işinə daha çox fokuslanıb. Keçən il almaniyalı komanda yoldaşı olduğu üçün düşünürdü ki, komandası onu dəstəkləmir. Bu səhv düşüncə idi. Mən düşünürəm ki, Həmilton çempion olsa, Mercedes daha çox sevinər. Valtteri istedadlıdır, amma Rosberqi əvəz edə biləcəyinə əmin deyiləm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*