B.Ekklstoun başın mühafizə sistemlərinə qarşıdır

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, başın mühafizə sistemlərinin fanatı deyil.

F-1.az xatırladır ki, FİA Ferrari-nin Halo və Red Bull-un AeroScreen sistemlərinin üzərində işləyir və iyulun 1-də bu sistemlərdən biri 2017-ci ildəki qaydalara daxil ediləcək.

Berni Ekklstoun: “Red Bull-un sistemi gərək pit-stoplarda da test edilsin. Şüşənin tam təmiz olmasından əmin olmalıyıq”.

Berni Ekklstoundan Halo barədə soruşulduqda isə, o belə cavab verib: “Sözün düzü, heç birini bəyənmədim. Bolid dayananda heç nə danışmaq mümkün deyil. Sistemin funksiyasını bolid hərəkət edəndən sonra anlayacayıq”.

Xatırladaq ki, Lyuis Həmilton keçən həftə bildirmişdi ki, Formula1 təhlükəli olmalıdır. Ekklstoun britaniyalı sürücünün bu sözlərini dəyərləndirib: “Əgər Həmilton təhlükə istəyirsə, biz onun istədiyini verə bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*