B.Ekklston: “McLaren komandası Renault ilə uğursuz olacaq”

Formula1-in sabiq rəhnəri Berni Ekklstoun bildirib ki, McLaren yeni tərəfdaşı Renault ilə də uğur qazana bilməyəcək.

F-1.az xatırladır ki, McLaren 2015-ci ildə Honda ilə tərəfdaşlığa başlamış və bu müddət ərzində bir dəfə də olsun podiuma yüksələ bilməmişdi.

Bəzi xəbərlərə əsasən McLaren və Renault cümə günü müqavilə bağladıqları barədə açıqlama verəcək.

Berni Ekklstoun: “McLaren artıq Renault ilə müqavilə bağlayıb. Bundan başqa Fernando da komandada qalacaq və bu onlar üçün əla xəbərdir. Amma mən McLaren-in Renaut ilə uğurlu olacağını zənn etmirəm. Məncə, bolidin zəif olması Honda-nın yox, McLaren-in günahı idi. İndi isə işlərin tərsinə dönməsini gözləmək olmaz. McLaren problemi həll etməkdənsə, onlarla mübahisəyə girməyi seçdi və hazırda geridə qalmalarının səbəbi budur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*