B.Bell Renault-dan ayrılıb

Renault komandası Bob Bellin vəzifəsindən ayrıldığını və britaniyalı mütəxəssisin texniki məsləhətçi kimi işləyəcəyini deyib.

F-1.az xatırladır ki, Bell 2005-2006-cı illərdə Renault ilə Dünya Çempionu olarkən komandada texniki direktor işləmiş, amma 2010-cu ildə komandadan ayrılmışdı. Bell 2016-cı ildə yenidən Renault-ya qayıtmışdı.

2015-ci ildə sadəcə 8 xal toplayan Renault, 2016-cı ildə 57 xalla 6-cı olmuşdu. Fransız təmsilçisi bu il 82 xal toplayıb və 4-cü yerdədir. Son məlumatlara görə, Bell bundan sonra Renault Sport-da texniki məsləhətçi olacaq. Komanda Enstoun və Viri arasındakı işbirliyinin artırılmasına görə Bellin yerinə heç kimi gətirməyəcək.

Siril Abitebul: “Bell son 2 il yarımda Renault-nun inkişafında güclü rol oynadı. Komandada böyük yeri var. Komandada hər kəsin yenidən bir araya gəlməsində böyük güc oldu. Bob artıq tərəfdaşlarımızla, Formula1 səhmdarlarımızla, Renault-Nissan-Mitsubishi ortaqlığı ilə necə işləyəcəyimizə baxacaq. Beləliklə, inkişafımızın tempi artacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*