26 Sentyabr 2018, Çərşənbə - 01:30

B.Bell: “Problemləri tapmışıq”

B.Bell: “Problemləri tapmışıq”

Müəllif: Rauf Hacıyev, redaktor

18:11 - 25 Aprel, 2017

Renault komandasının texniki direktoru Bob Bell bildirib ki, yarışlardakı tempsizliyin səbəbini bilirlər və problemləri qısa müddətdə həll edəcəklər.

F-1.az xatırladır ki, Niko Hülkenberq Çin və Bəhreyn yarışlarına 7-ci yerdən başlasa da, Şanxayda 12-ci, Saxirdə isə 9-cu yeri tutmuşdu.

Bob Bell: “Sözün açığı, hansı yöndə geridə olduğumuzu bilirik və onun üzərində işləyəcəyik. Təkərləri bütün şərtlərdə tam performansla işlətməliyik. Bundan başqa aerodinamik cəhətdən də çatışmazlıqlarımız var. Amma bunları həll etmək çətin deyil. Nələr edəcəyimizi bilirik və ən qısa müddətdə hərtərəfli yeniliklər edəcəyik. Beləliklə, orta qrupda daha güclü ola bilərik. İlk məqsədimiz sıralanma turu və yarış tempi arasındakı fərqi minimuma endirmək olacaq. Sıralanma tempində çox sürətliyik, amma bunu yarışlara əks etdirə bilmirik. Bir il əvvəlkinə nisbətən əla işlər görmüşük. Amma hələ də istədiyimiz yerdə olmasaq da, məqsədimizə çatmaq üçün əlimizdən gələni edirik. Şassinin performansını artırsaq, bolid daha yaxşı performans göstərəcək”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 418
Teqlər , ,
Paylaş

logo