B.Bell: “İnsanlar uğurlarımızı ciddiyə almırlar”

Renault komandasının texniki direktoru Bob Bell bildirib ki, insanlar onların gördükləri işləri ciddiyə almasalar da, bu il yaşadıqları çətinliklər onları gücləndirib...

F-1.az xatırladır ki, Renault mövsümün əvvəlində Lotus komandasını satın alaraq, Formula1-ə qayıtmışdı.

Bob Bell bildirib ki, bu mövsüm onlar üçün çətin keçib və gələnilki dəyişikliklərə görə hər şey onlar üçün daha da çətinləşib: “Görməli çox işimiz var. Amma indiyə qədər yaxşı işlər görmüşük. Kənardan baxanda az xal aldığımızı görə bilərsiniz, amma komanda daxilindəki performansımızı düşünsək, bizim üçün yaxşı mövsüm sayıla bilər. Digər komandalar bizdən öndə idilər, çünki onların keçmişləri olub. Lotus-u aldıqdan sonra heyətimizdə bəzi dəyişikliklər etdik və sıfırdan başlamaq asan deyildi. Zavoddakı işçilərin necə işlədiyini çox yaxşı bilirəm.

Gələn il çox güclü olacağımıza inanıram. Yeni qaydalarla kimin harada olacağını bilmək çətindir. Amma özümüzü yaxşı yerdə görmək üçün işləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*