24 Noyabr 2017, Cümə - 17:13

Azərbaycanlı gələcəyin ən yaxşı təkərini müəyyənləşdirdi

Azərbaycanlı gələcəyin ən yaxşı təkərini müəyyənləşdirdi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:07 - 11 Yanvar, 2015

Samir Sadıxov gələcək üçün hazırladığı təkərlərə əfsanəvi Dakar ralli-reyd marafonunun adını verib.

Adından da göründüyü kimi, bu təkərlər keçilməz yollarda, yəni ekstremal şəraitdə baş tutan yarışlarda zədələnməni minimuma endirmək məqsədi daşıyırlar. Heksaqonal dizaynı sayəsində təkərin protektoru müxtəlif tipli yol səthi ilə maksimum ilişməni təmin etməlidir.

F-1.az bildirir ki, hər bir altıbucaqlı blok məxsusi hava kamerasına malikdir, ona görə də deşilmə zamanı sürücü bütün təkəri deyil, yalnız məhz həmin bloku dəyişəcək, bununla da yarış zamanı vaxt itkisi minimuma enəcək. Konseptual təkərləri həm minik, həm də yük maşınlarına taxmaq olar, yan elementin rəngini isə dəyişmək mümkündür.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Bizimkilər
Mənbə
Baxış Sayı 10. 276
Teqlər ,
Paylaş

logo