16 Noyabr 2018, Cümə - 07:24

Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verilib

Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:09 - 05 Noyabr, 2018

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 2019-ci il aprel ayında keçiriləcək Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verib.

F-1.az xəbər verir ki, paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq və eyni zamanda, Formula1 yarışının həyəcanını trasa ən yaxın yerdə yaşamaq imkanına sahib olacaqlar.

Proqrama qoşulmaq istəyənlər gecikmədən Marşal Proqramına Müraciət Sistemi (marshals.bakucitycircuit.com) vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

Formula1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Bakı Marşal Klubunun rəsmi saytından  BakuMarshalsClub və rəsmi Facebook səhifəsindən Marşal Proqramı haqqında daha ətraflı məlumat əldə etməklə yanaşı klubun Facebook səhifəsinə məktub yazaraq marşal fəaliyyəti barəsində sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 253
Teqlər ,
Paylaş

logo