22 Yanvar 2018, Bazar ertəsi - 15:56

Azərbaycan Qran Prisini tribunadan 71541 nəfər izləyib

Azərbaycan Qran Prisini tribunadan 71541 nəfər izləyib

Müəllif: Elçin Zodorov, redaktor

12:14 - 01 İyul, 2017

Bakıda keçirilən ikinci yarışdakı tamaşaçı sayı barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib.

F-1.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu barədə danışarkən bilet satışının keçən illə müqayisədə 30%, xarixi azarkeşlərin sayının isə 100% artdığını bildirib. Son illərin ən dramatik yarışlarından birini 65 ölkənin vətəndaşı canlı izləyib.

Arif Rəhimov: “Belə mükəmməl yarış həftəsonundan sonra keçirdiyim qürur hissini sözlə ifadə etmək çətindir. Tamaşaçı auditoriyasının belə artımı ölkədə Formula1-in tanıdılması çərçivəsində əldə edilmiş tərəqqinin göstəricisidir. Bakı Şəhər Halqası sübut etdi ki, təqvimdəki ən maraqlı traslardandır. Əminəm ki, bizim yarış uzun müddət xatırlanacaq. Tarkan, Nikol Şerzinger, The Black Eyed Peas qrupu və Meraya Kerrinin konsertləri də bu tortun üzərində gilanar kimi oldu.

Mən bizim güclü komandaya və çoxsaylı tərəfdaşlarımıza gərgin iş üçün, azarkeşlərə də şəhərimizə gəldikləri üçün təşəkkür etmək istəyirəm. Əlbəttə, biz əldə etdiklərimizlə kifayətlənmək istəmirik. Səbirsizliklə 2018-ci ilin təqviminin təsdiq edilməsini gözləyirik. Arxada qalan yarışımızı izləmisinizsə, onda bizim gələnilki yarışımızı heç buraxmazsınız!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 468
Teqlər , ,
Paylaş

logo