20 Noyabr 2017, Bazar ertəsi - 07:42

Azərbaycan-2017: Birinci sərbəst yürüşlər

Azərbaycan-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:36 - 23 İyun, 2017

Bakıda il ərzində yalnız bir dəfə yarış keçirilir. Təşkilatçılar həftəsonuna qədər asfaltı təmizləmək üçün hər şeyi edib, lakin yenə də ilk sessiyada trasın vəziyyəti qənaətbəxş olmayıb – bu da şəhər traslarında təbii haldır.

F-1.az xəbər verir ki, komandalar startdan yalnız yarım saat sonra fəal işləməyə başlayıblar. Toro Rosso sürücüləri ilk bir saatı boksda keçiriblər – onlar trasın vəziyyətinin düzəlməyini gözləyiblər. Asfaltın sürüşkən olması bir çox sürücünün səhvlərə yol verməsinə səbəb olub. Maqnussen, Rəykkönen, Massa, Palmer və Bottas yerində fırlanıblar, lakin maşınlara zərər dəyməyib və işləməyə davam ediblər.

Sessiyanın sonuna 20 dəqiqə qalmış Peres səkkizinci döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb və Serxio maşının təxliyə edilməsində iştirak edib. Qəzadan 14 dəqiqə sonra sessiya yaşıl işıqlarla davam etdirilib.

Maks Ferstappen protokollara başçılıq edib – 1:44.410. Ən çox məsafəni isə Ləns Stroll qət edib. Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:44.41019
23Daniel RikkardoRed Bull1:44.880+ 0:00.47022
35Sebastyan FettelFerrari1:44.967+ 0:00.55720
411Serxio PeresForce India1:45.398+ 0:00.98816
544Lyuis HəmiltonMercedes AMG1:45.497+ 0:01.08716
677Valtteri BottasMercedes AMG1:45.737+ 0:01.32719
731Esteban OkonForce İndia1:45.752+ 0:01.34224
819Felipe MassaWilliams1:45.968+ 0:01.55825
97Kimi RəykkönenFerrari1:46.000+ 0:01.59018
1026Daniil KvyatToro Rosso1:46.617+ 0:02.20711
1118Ləns StrollWilliams1:46.649+ 0:02.23928
1220Kevin MaqnussenHaas1:46.721+ 0:02.31123
138Roman QrojanHaas1:46.837+ 0:02.42722
1427Niko HülkenberqRenault1:47.217+ 0:02.80721
152Stoffel VandornMcLaren1:47.446+ 0:03.03622
1655Karlos SaynsToro Rosso1:47.501+ 0:03.09113
1714Fernando AlonsoMcLaren1:47.551+ 0:03.14120
1830Colion PalmerRenault1:48.525+ 0:04.11515
1994Paskal VerlyaynSauber1:49.048+ 0:04.63819
209Markus ErikssonSauber1:49.937+ 0:05.52721

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 297
Teqlər , , , , ,
Paylaş

logo