22 Noyabr 2017, Çərşənbə - 07:33

Azərbaycan-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Azərbaycan-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Elçin Zodorov, redaktor

20:15 - 21 İyun, 2017

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Bakı trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci , 2-ci , 3-cü, 5-ci, 8-ci və 15-ci döngələrdəki baryerlər təhlükəsizlik zonalarında daha geniş yer yaradılması üçün geriyə çəkilib. 1-ci, 3-cü, 5-ci, 7-ci, 8-ci və 15-ci döngələrdəki əvvəlki TecPro baryerlərinin qarşısına yeni bloklar əlavə olunub. 7-ci  və 18-ci döngələrdə qəzaya uğramış maşınların təxliyə edilməsi üçün hasarda əlavə qapılar qoyulub. 13-cü və 19-cü döngələrin çöl tərəfində təhlükəsizlik baryerlərinin uzunluğu 34 metrədək artırılıb.

Keçən il olduğu kimi trasda sürücülər iki zonada DRS-dən istifadə edə biləcəklər.

DRS zonalarından biri Neftçilər prospektində uzun düzlükdə yerləşir. 20-ci döngənin apeksində sürücülər arasındakı interval ölçüləcək, əgər bu fərq 1 saniyədən az olarsa, 347 metrdən sonra arxa qanadın hərəkətli elementini aktivləşdirmək mümkün olacaq. Digər ölçmə nöqtəsi isə Təhlükəsizlik Maşınının ikinci xəttində yerləşir, ikinci döngədən 52 metr sonra isə sistemi aktiv etmək olar.

Qeyd edək ki, keçən il həftəsonunun bütün sessiyalarında pit-leyndə hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılmışdı, lakin bu il 80 km/saata qaldırılıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 085
Teqlər , , , ,
Paylaş

logo