25 Sentyabr 2017, Bazar ertəsi - 13:58

Azərbaycan-2017: Sıralanma turu

Azərbaycan-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:12 - 24 İyun, 2017

Mürəkkəb konfiqurasiya, sürüşkən asfalt və şəhər trası üçün sərt olan təkərlər həftəsonu ərzində sürücülərin işini çətinləşdirən amillər olub.

F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə Maks Ferstappen üstün olmuşdusa da, bu gün keçirilən son məşqlərdə Mercedes AMG liderliyi yenidən ələ almışdı və Bottas hamıdan sürətli olmuşdu.

Pirelli ölkəmizə orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Medium tərkiblərdən əsasən bu gün baş tutan məşq sessiyasının əvvəlində istifadə edilib. Sürücülər bura gətirilmiş ən yumşaq tərkib olan SuperSoft-ları belə qızdırmaqda çətinlik çəkiblər.

Birinci sessiyada Palmer istisna olmaqla, bütün sürücülər SuperSoft təkərlərlə boksları tərk ediblər – britaniyalı sürücünün maşınında yağ sızıntısı aşkarlanıb və problemi vaxtında aradan qaldırmaq mümkün olmadığından sıralanma turunda iştirak etməyib. Səhvlər yenə də müşahidə edilib – Sayns, Maqnussen və Qrojan 2-ci, Massa isə 8-ci döngədə səhvə yol verib. Mercedes AMG, Ferrari və Red Bull-un sürücüləri ikinci cəhdlərinə çıxmayıblar.

Protokollara rekord nəticə ilə Həmilton başçılıq edib – 1:41.983. Palmerlə yanaşı, mübarizəni dayandıran digər sürücülər isə Alonso, Qrojan, Eriksson və Vandorn olublar.

İkinci sessiyada da sürücülərin hamısı trasa SuperSoft-la çıxıblar. Həmilton bu dəfə də rekordunu bir qədər yaxşılaşdırıb – 1:41.275. Ferrari və Red Bull sürücüləri onun nəticəsinə 0.6 saniyədən çox uduzublar. Bottas sessiyanın sonunda komanda yoldaşına bir qədər yaxın nəticə göstərib və ona 0.227 saniyə uduzub. Kvyat, Sayns, Maqnussen, Hülkenberq və Verlyayn mübarizəni dayandırıblar.

Son sessiyada Stroll və Force İndia-nın sürücüləri istisna, qalan 7 sürücü dərhal trasa çıxıb. İlk cəhdlərdən sonra Bottas Həmiltonun rekordunu 0.001 saniyə yaxşılaşdıraraq liderliyə yüksəlib – 1:41.274. Finlandiyalı həmin dövrəsində 8-ci döngədə kiçik səhvə də yol verib. İlk iki sektorun rekordu ilə gələn Həmilton isə 16-cı döngədə trasdan çıxıb və vaxt itirib. Lakin britaniyalı yenə də ikinci nəticəni göstərə bilib. Sessiyanın sonuna 3 dəqiqədən bir qədər çox qalmış, Rikkardonun maşını 6-cı döngənin çıxışında sürüşərək divara dəyib. RB13-ün arxa asılqanı sınıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb.

Yaşıl işıqlar təxminən 9 dəqiqə sonra yanıb. Poul uğrunda mübarizə qaldığı yerdən davam edib – ilk sektordan sonra Bottas daha üstün olub, lakin Lyuis ikinci sektorda möhtəşəm nəticə göstərərək rəqiblərini trasın təkcə bu hissəsində 0.3 saniyə üstələyib. Bottas nəticəsini yaxşılaşdırıb – 1:41.027. Həmilton isə 1:40.593-lük nəticə göstərib və keçənilki poul nəticəsini 2 saniyədən çox üstələyərək trasın yeni rekorduna imza atıb.

66-cı poulunu qazanan britaniyalı Ayrton Sennanı keçib. Mixael Şumaxerə çatmaq üçün isə cəmi 2 poul qalıb. Sabahkı yarışa Lyuisin yanından komanda yoldaşı Valtteri başlayacaq. İkinci cərgəni isə Ferrari sürücüləri zəbt ediblər – Rəykkönen bu dəfə Fetteli qabaqlayıb. Üçüncü cərgədən isə Ferstappen və Peres start alacaqlar.

Sabah bizi saat 17:00-dan etibarən gərgin yarış gözləyir. Azərbaycan Qran Prisi çox maraqlı olacaq!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:41.983611:41.27561:40.5938
277Valtteri BottasMercedes AMG71:43.026621:41.50291:41.0278
37Kimi RəykkönenFerrari31:42.678851:42.09071:41.6938
45Sebastyan FettelFerrari61:42.952931:41.91171:41.8417
533Maks FerstappenRed Bull21:42.544741:41.96171:41.8798
611Serxio PeresForce İndia91:43.162881:42.46771:42.1116
731Esteban OkonForce İndia81:43.0516101:42.75181:42.1867
818Ləns StrollWilliams121:43.6131071:42.28481:42.7533
919Felipe MassaWilliams101:43.165991:42.73571:42.7986
103Daniel RikkardoRed Bull41:42.857861:42.21571:43.4145
1126Daniil KvyatToro Rosso51:42.92711111:43.1868
1255Karlos SaynsToro Rosso111:43.48911121:43.3479
1320Kevin MaqnussenHaas141:44.02911131:43.7967
1427Niko HülkenberqRenault131:43.9309141:44.2673
1594Paskal VerlyaynSauber151:44.31710151:44.6038
1614Fernando AlonsoMcLaren161:44.3349
178Roman QrojanHaas171:44.46810
189Marks FerstappenSauber181:44.79510
192Stoffel VandornMcLaren191:45.0308
2031Paskal VerlyaynRenault20

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 542
Teqlər , , , , , , ,
Paylaş

logo