22 Noyabr 2017, Çərşənbə - 16:50

Azərbaycan-2017: İkinci sərbəst yürüşlər

Azərbaycan-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:42 - 23 İyun, 2017

İkinci sessiyadan əvvəl trasın vəziyyəti düzəlib. Komandalar start verildikdən sonra dərhal işə başlayıblar. Havanın temperaturu və asfaltın istiliyi bir qədər aşağı düşüb. Bu sessiya sıralanma turu və yarışla eyni saatda baş tutacağından, həmin sessiyalarda da eyni hava şəraitini gözlənilir.

F-1.az xəbər verir ki, sürücülər sessiyaya Soft təkərlərlə başlayıblar, sonra isə tədricən SuperSoft təkərlərə keçiblər. İlk sessiyada qəza edən Peresin maşını startdan bir qədər sonra tam hazır olub və meksikalı proqram üzrə işləyə bilib. İlk sessiyada olduğu kimi, bu dəfə də sürücülər səhvlərə yol veriblər. Sessiyanın gedişində Qrojanın əyləclərində problem çıxıb və ön əyləclər əvəzlənib.

Kvyatın maşını 15-ci döngədə divara toxunub, lakin zədələnməyib. Pirelli-nin reklamı trasın üzərinə düşdüyündən, bir neçə dəqiqəlik Virtual Təhlükəsizlik maşını rejimi elan olunub. Sessiyanın sonuna 44 dəqiqə qalmış qırmızı bayraqlar dalğalandırılıb – Palmer səkkizinci döngədə qəza edib. Maşının təxliyəsi 8 dəqiqə çəkib. Sessiyanın sonuna yaxın isə Alonso güc qurğusundakı problemə görə dayanmalı olub. Maks Ferstappen protokollara başçılıq edib – 1:43.362. Holland sürücü son dəqiqələrdə qəza edib. Məşqlər sabah 14:00-da davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:43.36221
277Valtteri BottasMercedes AMG1:43.462+ 0:00.10023
37Kimi RəykkönenFerrari1:43.489+ 0:00.12719
45Sebastyan FettelFerrari1:43.615+ 0:00.25320
518Ləns StrollWilliams1:44.113+ 0:00.75113
63Daniel RikkardoRed Bull1:44.114+ 0:00.75222
711Serxio PeresForce İndia1:44.306+ 0:00.94418
826Daniil KvyatToro Rosso1:44.321+ 0:00.95920
931Esteban OkonForce İndia1:44.484+ 0:01.12221
1044Lyuis HəmiltonMercedes AMG1:44.525+ 0:01.16315
1119Felipe MassaWilliams1:44.609+ 0:01.24718
1214Fernando AlonsoMcLaren1:45.515+ 0:02.15315
1355Karlos SaynsToro Rosso1:45.733+ 0:02.37123
1420Kevin MaqnussenHaas1:45.831+ 0:02.46918
1527Niko HülkenberqRenault1:46.003+ 0:02.64115
1630Colion PalmerRenault1:46.061+ 0:02.69917
172Stoffel VandornMcLaren1:46.174+ 0:02.81216
188Roman QrojanHaas1:47.722+ 0:04.36016
1994Paskal VerlyaynSauber1:47.728+ 0:04.36614
209Markus ErikssonSauber1:48.059+ 0:04.69715

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 608
Teqlər , , , , , ,
Paylaş

logo