19 Oktyabr 2017, Cümə axşamı - 12:52

Azərbaycan-2016: Ötmə (DRS) zonaları

Azərbaycan-2016: Ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

01:44 - 16 İyun, 2016

Ölkəmizdə keçiriləcək ilk Qran Pri ərəfəsində FİA trasda DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Bakı Şəhər Halqasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az bildirir ki, bizim tras Bakının mərkəzi küçələrində yerləşir və əsas xüsusiyyəti şəhər tipli traslara xas deyil – bir neçə uzun düzlük onu digər şəhər traslarından fərqləndirir. Xüsusilə də 16-cı döngədən 1-ci döngəyədək olan sürətli hissənin uzunluğu 2 km-dən çoxdur, ona görə də DRS zonalarından birinin bu hissənin sonunda yerləşməsi gözlənilən idi.

İki ötmə zonasının olmasına baxmayaraq, maşınlar arasındakı interval yalnız bir nöqtədə ölçüləcək – əgər iki maşın arasındakı interval 20-ci döngədə 1 saniyədən az olarsa, geridə olan sürücü maşınında arxa qanadın hərəkətli elementini iki zonada aktivləşdirə biləcək. Birinci zona ilk döngənin əylənmə nöqtəsinə 730 metr qalmış, ikinci zona isə 3-cü döngənin əylənmə nöqtəsinə 630 metr qalmış başlayır.

Qeyd edək ki, həftəsonunun bütün sessiyalarında pit-leyndə hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 346
Teqlər , , ,
Paylaş

logo