Azarkeşlər Mercedes W04-ü təqdimata qədər görə biləcəklər

Mercedes AMG komandası bu gün azarkeşləri üçün maraqlı bir aksiyaya start verib – komanda fevralın 4-də yeni maşınını təqdim etməyə […]

Mercedes AMG komandası bu gün azarkeşləri üçün maraqlı bir aksiyaya start verib – komanda fevralın 4-də yeni maşınını təqdim etməyə hazırlaşır, amma azarkeşlər yeni maşını daha tez görə biləcəklər.

Komandanın rəsmi saytında xüsusi bir skript quraşdırılıb – komandanın virtual boksu təsvir olunub və qapılar arxasında yeni W04 yerləşir. Qapının qalxma səviyyəsi isə azarkeşlərdən asılıdır – Twitter-də #F1W04Reveal haştağı nə qədər çox paylansa, qapı bir o qədər qalxacaq və yeni maşının bir o qədər çox detalı görünəcək.

Amma qeyd edək ki, bu xəbərdən sonra komandanın saytı azarkeş axınına çətinliklə tab gətirir və saytın açılması çox çətinləşib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*