Azarkeşlər döngələrə ad qoyacaqlar

Sinqapurun küçə trasında döngələrin darıxdırıcı rəqəmli adları keçmişdə qalıb, Qran Pirinin təşkilatçıları azrkeşlərə müraciət ediblər ki, birinci, yeddinci və onuncu döngələrə yeni adlar fikirləşsinlər. Bu adlar yerli rənagarəngliyi nəzərə almalıdır və "Turn" və ya "Corner" sözləri də daxil olmaqla 3 sözdən ibarət olmalıdır. Müsabiqə başa çatdıqdan sonra variantlar siyahısı məxsusi münsiflər heyətinə təqdim olunacaq, onlar isə qalibi müəyyən edəcəklər...

Kolin Sin, Qran Prinin təşkilat komitəsinin başçısı: “Süni işıqlandırma altında küçə trasında keçirilmiş ilk yarış keçən ilin ən yadda qalan hadisələrindən biri oldu. Biz Today qəzeti ilə birlikdə yeni müsabiqə elan etmişik, müsabiqə yarışı daha maraqlı edəcək. Münsiflər heyəti dolğun və yaddaqalan adları seçməlidir, bu adlar yerli rənagarəngliyi əks etdirməlidir – uik-endin 110 milyonluq televiziya auditoriyasını və KİV-in 600 nümayəndəsinin iştirakını nəzərə alsaq bu yolla Sinqapura daha çox diqqət ayırmış olarıq.”

F-1.az bildirir ki, üç qalibdən hər biri Qran Pri günlərinə, bokslara səyahətə VİP-bilet qazanacaq, təkliflər fevralın 28-inə kimi trasın rəsmi saytında qəbul olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*