20 Noyabr 2017, Bazar ertəsi - 06:02

Ayrton Sennanın xatirəsinə sərgi açılıb

Ayrton Sennanın xatirəsinə sərgi açılıb

Müəllif: Afgan Haji, redaktor

17:39 - 17 Fevral, 2016

Bu gün Montsada üçqat dünya çempionu Ayrton Sennaya həsr edilmiş “Ayrton Senna. L’ultima notte” (Ayrton Senna. Son gecə) adlı sərgi fəaliyyətə başlayır.

F-1.az xəbər verir ki, sərgidə Erkole Kolombonun müəllifi olduğu şəkillər nümayiş olunacaq. Erkele Kolombo əslən Montsadan olan  Formula1 fotoqrafıdır. O, 70-ci illərin əvvəlindən Formula1 fotoqrafı kimi çalışır.

Sərginin əsas hissələrindən biri də, Ayrtonun dostlarına, sevgililərinə, ailəsinə və dinə bağlılığını əks etdirir.

Sərgi ancaq şəkillərdən ibarət olmayacaq. Qonaqlar həmçinin, Ayrtonun 1979-cu ildə idarə etdiyi kartı, dəbilqəsini, McLaren və Williams komandalarında geyindiyi kombinezonları görə biləcəklər.

Sərgi fevralın 17-dən iyulun 24-ə qədər fəaliyyət göstərəcək. Biletlərin qiyməti 5 avrodur. Sərgi həftənin beş günü fəaliyyət göstərəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 359
Teqlər , , ,
Paylaş

logo