21 Noyabr 2018, Çərşənbə - 06:29

Avstriya-2018: Sıralanma turu

Avstriya-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:11 - 30 İyun, 2018

Şpilberqdə trasın indiki konfiqurasiyasında bu günə qədər baş tutan 11 yarışın sadəcə beşində pouldan başlayan sürücü qalib gəlib. Sıralanma turunun nəticələri çox böyük əhəmiyyət daşımır, çünki tras ötmələrə imkan verir. Üstəlik, FİA bu il Red Bull Rinqə üçüncü DRS zonası da əlavə edib.

F-1.az bildirir ki, dünənki məşqlərdə Həmilton hamıdan üstün olsa da, bu gün səhər protkolollara Fettel başçılıq edib. Bura böyük yeniliklərlə gələn Mercedes-in nələr edəcəyini görmək üçün bütün diqqətlər sıralanma turuna yönəlib.

Pirelli Avstriyaya Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Dövrə kiçik olduğundan, tərkiblər arasındakı fərq də böyük olmayıb. Asfaltın hamar olması təkərləri qızdırmaqda çətinlik yaradıb.

Üçüncü məşqlərdə problem yaşayan Maksın maşınının mühərriyində dəyişikliklər edilib. Ötürmələr qutusunu vaxtından əvvəl dəyişməyə məcbur olan Leklerin isə startda beş yer itirəcəyi məlum olub. Yeni ön qanadı zədələyən Hartli sıralanma turunda qanadın köhnə versiyası ilə iştirak etməli olub.

Birinci sessiyada Ferrari sürücüləri Soft, yerdə qalanlar UltraSoft təkərlərlə mübarizəyə başlayıblar. Lekler porebrikin üzərinə çıxaraq maşını zədələyib və boksa qayıdıb, lakin sonra yenidən trasa çıxıb. Həmilton hamıdan sürətli olub – 1:04.080. Qrojan liderdən cəmi 0.162 saniyə geri qalmaqla, dördüncü nəticə göstərərək hamını təəccübləndirib. Lekler dördüncü döngədə yoldan çıxdığından sarı bayraqlar yellənib. Mübarizəni beş fərqli komandanın sürücüləri – Vandorn, Peres, Sirotkin, Hartli və Eriksson dayandırıblar.

İkinci sessiyada Mercedes və Red Bull sürücüləri sabah yarışa SuperSoft tərkiblərlə başlamaq üçün trasa məhz qırmızı təkərlərlə çıxıblar. Alonso isə ilk cəhdini Soft-la edib. İlk cəhddə Həmilton protokollara başçılıq edib – 1:03.577. Mercedes sürücüləri ikinci cəhdlərinə UltraSoft təkərlərlə çıxıblar, lakin nəticələrini yaxşılaşdırmayıblar. Fettel Saynsın sürətli dövrəsində ona mane olub və ispan sürücünü trasdan çıxmağa məcbur edib. Fettel daha sonra stüardlar tərəfindən startda üç yer itirməklə cəzalandırılıb. O, həm də sessiyanın qalibi olub – 1:03.544. Okon, Qasli, Lekler, Alonso və Stroll ilk onluğa düşə bilməyiblər.

Son sessiyada hamı UltraSoft təkərlərlə boksları tərk edib. İlk cəhddə Fettel və Həmilton səhvə yol versələr də, Bottas möhtəşəm nəticə göstərib – 1:03.264. Finlandiyalı sürücü ikinci cəhdində nəticəsini daha da yaxşılaşdırıb və poulun sahibi olub – 1:03.130.

Valtteri Bottas mövsümdə ilk, karyerasında beşinci, Red Bull Rinqdə isə ardıcıl ikinci poulunu əldə edib. Onun yanından yarışa Həmilton başlayacaq. Üçüncü yeri Fettel, dördüncü yeri Rəykkönen tutub. Qrojan altıncı olaraq builki ən yaxşı nəticəsini əldə edib.

Bizi sabah 17:10-dan etibarən maraqlı yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
177Valtteri BottasMercedes AMG21:04.175531:03.75661:03.1307
244Lyuis HəmiltonMercedes AMG11:04.080821:03.57761:03.1497
35Sebastyan FettelFerrari61:04.347511:03.54461:03.4647
47Kimi RəykkönenFerrari31:04.234741:03.97561:03.6608
533Maks FerstappenRed Bull51:04.273651:04.00131:03.8409
68Roman QrojanHaas41:04.242861:04.05931:03.8926
73Daniel RikkardoRed Bull81:04.723581:04.40381:03.9969
820Kevin MaqnussenHaas71:04.460871:04.29161:04.0516
955Karlos SaynsRenault101:04.948891:04.56151:04.7256
1027Niko HülkenberqRenault91:04.8648101:04.67661:05.0196
1131Esteban OkonForce İndia141:05.14811111:04.8458
1210Pyer QasliToro Rosso131:05.0119121:04.8747
1316Şarl LeklerSauber121:04.96711131:04.9798
1414Fernando AlonsoMcLaren111:04.9659141:05.0588
1518Ləns StrollWilliams151:05.26411151:05.2866
162Stoffel VandornMcLaren161:05.2719
1711Serxio PeresForce İndia171:05.27911
1835Sergey SirotkinWilliams181:05.32210
1928Brendon HartliToro Rosso191:05.36611
209Markus ErikssonSauber201:05.47911

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər , , , ,
Paylaş

logo