24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:23

Avstriya-2017: Üçüncü sərbəst yürüşlər

Avstriya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:14 - 08 İyul, 2017

Bugünkü məşqlərdə komandalar düzgün sazlanmaları müəyyənləşdiriblər və təkərlərin səmərəliliyini qiymətləndirməyə davam ediblər – dünən tərkiblər arasındakı fərqlər gözləniləndən az olmuşdu.

F-1.az xəbər verir ki, sürücülər sessiyanın çox hissəsini UltraSoft təkərlərlə keçiriblər. Bunu başa düşmək çətin deyil, çünki sıralanma turunda məhz bu tərkibdən istifadə olunacaq. Sessiyanın əvvəlində Sayns pit-leyndən çıxdıqdan 200 metr sonra güc qurğusundakı problemə görə dayanmalı olub. Marşallar maşını təhlükəsizlik zonasına itələyiblər. Evakuasiya işi operativ şəkildə görülüb və STR12 boksa çatdırılıb. Sayns yarım saat sonra trasa qayıda bilib.

Ferstappenin maşınının altlığı porebriklərə toxunub və holland sürücü boksa qayıtmalı olub. Lakin tezliklə məşqlərini davam etdirib. Həmilton isə sessiyanı başa vura bilməyib – dünən ötürmələr qutusu dəyişdirilən britaniyalı sürücünün maşınının əyləcləri üçüncü döngədə sıradan çıxıb. Lyuis olduqca yavaş sürətlə maşını mexaniklərə çatdırıb.

Protokollara trasın yeni rekordunu müəyyən edən Fettel başçılıq edib – 1:05.092. Bu rekordun sıralanma turunda yenilənəcəyinə şübhə yoxdur. Poul uğrunda mübarizə Bakı vaxtı ilə saat 16:00-da başlayacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:05.09218
244Lyuis HəmiltonMercedes AMG1:05.361+ 0:00.26921
377Valtteri BottasMercedes AMG1:05.515+ 0:00.42319
47Kimi RəykkönenFerrari1:05.611+ 0:00.51919
533Maks FerstappenRed Bull1:05.784+ 0:00.69223
63Daniel RikkardoRed Bull1:05.896+ 0:00.80428
720Kevin MaqnussenHaas1:05.936+ 0:00.84421
88Roman QrojanHaas1:06.015+ 0:00.92321
926Daniil KvyatToro Rosso1:06.279+ 0:01.18728
1055Karlos SaynsToro Rosso1:06.284+ 0:01.19219
1131Esteban OkonForce İndia1:06.374+ 0:01.28226
1227Niko HülkenberqRenault1:06.563+ 0:01.47118
132Stoffel VandornMcLaren1:06.578+ 0:01.48617
1430Colion PalmerRenault1:06.595+ 0:01.50322
1514Fernando AlonsoMcLaren1:06.599+ 0:01.50720
1618Ləns StrollWilliams1:06.776+ 0:01.68422
1719Felipe MassaWilliams1:06.865+ 0:01.77324
1811Serxio PeresForce İndia1:06.875+ 0:01.78328
199Markus ErikssonSauber1:07.378+ 0:02.28620
2094Paskal VerlyaynSauber1:07.468+ 0:02.37625

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 271
Teqlər , , , , , ,
Paylaş

logo