20 Oktyabr 2017, Cümə - 16:29

Avstriya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Avstriya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Elçin Zodorov, redaktor

20:16 - 05 İyul, 2017

Avstriya Qran Prisinə bir neçə gün qalmış FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Red Bull Rinqdə də Formula1 sürücülərini iki DRS zonası gözləyir. Dəyişikliklər böyük deyil, amma olduqca əhəmiyyətlidir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, birinci döngə və Remus döngəsi arasındakı maili hissə yenidən döngə statusuna qayıdıb. Buna görə də, Remus artıq 3-cü döngə hesab olunur, Red Bull Rinqdəki döngələrin sayı isə 9 yox, 10-dur.

4-cü, 7-ci və 8-ci döngələrdə işlənmiş təkərlərdən qurulmuş baryerlərin uzunluğu artırılıb. Pit yolunun girişində TecPro baryerlər quraşdırılıb. Keçən il sürücülərin narazılığına səbəb olmuş narıncı porebriklər bu dəfə ancaq 6-cı, 9-cu və 10-cu döngələrdə qalır. Onların arasındakı məsafə 3.2 metrə qədər artırılıb. Trasın bir çox hissəsində drenaj sistemi yaxşılaşdırılıb, bu da yağış yağarsa, trasda gölməçələrin yaranmasının qarşısını almalıdır.

FİM-in tələbinə uyğun olaraq, trasın müxtəlif yerlərində eni 30 sm olan yastı prebriklər quraşdırılıb. 10-ci döngədə konfiqurasiya dəyişdirilib, nəticədə trasın ümumi uzunluğu 4326 metrdən 4318 metrədək azalıb. Yarım məsafəsi isə 306.452 km olacaq.

FİA-nın saytına istinadən bildiririk ki, üçüncü döngədən 360 metr əvvəl yerləşən ilk interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü üçüncü döngədən 85 metr sonra başlayan DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. İkinci ölçmə nöqtəsi 9-cu döngədən 10 metr sonra yerləşir və 10-cu döngədən 110 metr sonra sistemi aktivləşdirmək mümkündür.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 556
Teqlər , , , ,
Paylaş

logo