12 Dekabr 2017, Çərşənbə axşamı - 03:05

Avstriya-2017: Tras və statistika

Avstriya-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:11 - 06 İyul, 2017

2014-cü ildə Formula1-də 11 illik fasilədən sonra Avstriya Qran Prisi yer aldı. Şpilberqdə yerləşən və 3-cü dəfə adını dəyişən tras (Osterrayxrinq – A1 Rinq – Red Bull Rinq) Red Bull şirkətinin həmsahibi Diter Mateşiçin səyi nəticəsində dünya çempionatına qayıtmışdı.

Formula1-də iki komandanın sahibi olan Mateşiç əvvəlcə avtodromu rekonstruksiya etdi, bir neçə ildən sonra isə milli mərhələyə dəstək verdi. Təşkilatçılar deyirdilər ki, bilet satışından əldə edilən gəlir yalnız cari xərcləri qarşılayacaq, amma Mateşiç üçün bu layihənin xüsusi statusu var idi – məhz Diter yarış haqqını Berni Ekklstouna ödəmişdi.

Ştiriya dağlarında yerləşən tras həmişə tarxi yarışlara şahidlik edib, 2011-ci ildən isə avtodromun tarixində yeni era başlayıb. Həmin il trasda Formula2 və DTM yarışları keçirildi, amma F1 yarışları barədə düşünmürdülər. Hətta Mateşiç yerli KİV-ə müsahibəsində demişdi ki, tras gənc sürücülərin çıxış etdiyi seriyalar üçün nəzərdə tutulub.

Avstriya Qran Prisinin təqvimə qayıtması barədə Red Bull komandasının Qrats şəhərində baş tutan küçə şousu zamanı danışmağa başladılar. Sonra məlum oldu ki, FİA 2013-cü ilin təqvimində iyul ayına adı məlum olmayan bir yarış planlaşdırıb və Red Bull şirkətinin idman məsləhətçisi federasiyaya xatırlatdı ki, Şpilberq avtodromu F1 yarışları keçirmək lisenziyasına malikdir. Yanvar ayında Mateşiç bəyan etdi ki, Ekklstounla 3 və ya 5 illik müqaviləni müzakirə edir, 2013-cü il iyulun əvvəllərində isə bütün sənədlər imzalanmışdı.

Təqvimə qayıdan Avstriya yarışı hamının xoşuna gəldi – sürücülər, komandalar, azarkeşlər və mətbuat ilk yarışdan razı qalmışdılar. 2014-cü ildə debüt yarışını 225 min tamaşaçı izləmişdisə, növbəti illərdə onların sayı xeyli azalmışdı.

FORMULA 1 GROSSER PREIS VON ÖSTERREICH 2017
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
7-9 iyul 2017Red Bull Ring4318 m71306.452 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası əvvəlki versiyadan fərqlənmir, sadəcə müasir standartlara cavab verəcək hala gətirib – təhlükəsizlik zonaları genişləndirilib, bəzi sahələrdə TecPro baryerləri quraşdırılıb, yeni mətbuat mərkəzi və digər qurğular tikilib. Köhnə klassik trasa müasir don geydirilib.

Döngələrin çoxu adını dəyişib – köhnələrdən yalnız Yoxen Rindt döngəsi qalıb, Niki Laudanın adını daşıyan döngə hazırda Pirelli adlanır. Bundan narazı qalan Lauda bildirmişdi ki, “onun vaxtında döngələr üçün sponsor axtarmırdılar”.

Trasın uzunluğu qısa olduğu üçün dövrə çox tez başa vurulur – Monakonu saymasaq təqvimdə yalnız  Mexiko və San Paulu traslarından uzundur. Yavaş döngələrin və düzlüklərin uzlaşması asfalta yatma qüvvəsi və sürət arasında sazlanmalar seçimində kompromiss tələb edir.

Tras cəmi 10 döngədən ibarətdir, birinci sektordakı uzun düzlüyün sonunda ötmək mümkündür. Əvvəllər bu trasda yarışlar darıxıdırıcı olurdular, amma DRS və ERS sürücülərə ötmək imkanı verir.

Dörd düzlük qaz pedalının tam döşəməyə basılması ilə qət olunur, döngələrin azlığı əylənmə zamanı MGU-K generatora enerjinin toplanmasını çətinləşdirir. Ümumən, əyləc və təkərlərin yüklənməsi yüksək deyil. Dəniz səviyyəsindən 640 metr hündürlükdə olması üzündən havanın alçaq təzyiqini kompensə etmək üçün trasda maşınların turbini daha böyük dövriyələrdə çalışmalı olacaq.

2016-cı ilin Avstriya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu. QuruNiko RosberqMercedes AMG1:07.373
2-ci sərbəst yürüşlərBuludlu. Kiçik yağışNiko RosberqMercedes AMG1:07.967
3-cü sərbəst yürüşlərGünəşli. QuruSebastyan FettelFerrari1:07.098
Sıralanma turuBuludlu. Kiçik yağışLyuis HəmiltonMercedes AMG1:07.922
Yarışda sürətli dövrəBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:08.411

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Avstriya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Avstriya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
7 iyul1-ci sərbəst yürüşlər12:00
7 iyul2-ci sərbəst yürüşlər16:00
8 iyul3-cü sərbəst yürüşlər13:00
8 iyulSıralanma turu16:0015:50
9 iyulYarış16:0015:30

 

Photo: Elchin Zodorov

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Avstriyada komandalar mövsümdə beşinci dəfə ən yumşaq üçlüyü – UltraSoft, SuperSoft və Soft tərkiblərini alacaqlar. Keçən il yarışın gedişində bir və iki pit-stoplu strategiyalar tətbiq olunmuşdu, çox güman ki, bu il də eyni gedişi izləyəcəyik. Amma çox şey havadan asılı olacaq – həftəsonu gərgin mübarizə görəcəyik…

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG238
Valtteri BottasMercedes AMG148
Daniel RikkardoRed Bull229
Maks FerstappenRed Bull229
Sebastyan FettelFerrari157
Kimi RəykkönenFerrari247
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia1210
Felipe MassaWilliams238
Ləns StrollWilliams148
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso238
Daniil KvyatToro Rosso238
Roman QrojanHaas157
Kevin MaqnussenHaas157
Niko HülkenberqRenault238
Colion PalmerRenault238
Markus ErikssonSauber247
Paskal VerlyaynSauber337

 

 

STATİSTİKA

Hazırkı pilotların Avstriya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton361231
V.Bottas3271
F.Massa42711
K.Rəykkönen6272
M.Ferstappen2221
D.Rikkardo315
S.Fettel312
S.Peres310
N.Hülkenberq310
F.Alonso510
K.Maqnussen26
R.Qrojan36
K.Sayns24
P.Verlyayn11
D.Kvyat3
M.Eriksson3
C.Palmer1
S,Vandorn
E.Okon
L.Stroll

 

Avstriya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
03.07.2016Red Bull RingL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
21.06.2015Red Bull RingL.HəmiltonMercedes AMGN.NosberqMercedes AMG
22.06.2015Red Bull RingF.MassaWilliamsN.NosberqMercedes AMG
18.05.2003A1-RingM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
12.05.2002A1-RingR.BarrikelloFerrariM.ŞumaxerFerrari
02.09.2001A1-RingM.ŞumaxerFerrariD.KulthardMcLaren
15.07.2000A1-RingM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
25.07.1999A1-RingM.HəkkinenMcLarenE.İrvaynFerrari
26.07.1998A1-RingC.FizikellaBenettonM.HəkkinenMcLaren
21.09.1997A1-RingJ.VilnövWilliamsJ.VilnövWilliams

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 631
Teqlər , ,
Paylaş

logo