16 Dekabr 2017, Şənbə - 03:43

Avstriya-2017: Günün sürücüsü – Valtteri Bottas

Avstriya-2017: Günün sürücüsü – Valtteri Bottas

Müəllif: Elçin Zodorov, redaktor

18:24 - 09 İyul, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, son dövrələrdə Fettelin təzyiqlərinə baxmayaraq, ikinci qələbəsini qazanan Mercedes-in sürücüsü Valtteri Bottas  “Günün Sürücüsü” seçilib. Valtteri cari mövsümdə bu ada da ikinci dəfə layiq görülür. “Günün Sürücüsü” seçildiyi digər yarış isə elə ilk qələbəsini əldə etdiyi Rusiya Qran Prisi olmuşdu.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel
Kanada Qran PrisiSebastyan Fettel
Azərbaycan Qran PrisiLəns Stroll
Avstriya Qran PrisiValtteri Bottas

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 782
Teqlər , , , ,
Paylaş

logo