20 Oktyabr 2017, Cümə - 21:48

Avstriya-2016: Yarış

Avstriya-2016: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:22 - 03 İyul, 2016

Dəyişkən hava və asıqlanların teztez qırılması Avstriya həftəsonunun əsas mövzusuna çevrilib. Yağış məşqlərdə normal işləməyə mane olmuşdu və dünənki sıralanma turunda qüvvələr nisbətinin bölgüsünə təsir etmişdi – bu gün səhər dəstək yarışları da yaş trasda baş tutub, F1 sürücülərinin paradı zamanı yağış çisələməyə başlayıb, amma yarışın startına hava düzəlib və tras quruyub.

F-1.az xatırladır ki, trasda ənənəvi porebriklərin arxasında yeni 10 sm hündürlüyü olan sarı porebriklər qurulmuşdu – məqsəd sürücüləri trasın hüddudlarına əməl etməyə çağırmaq idi.

Cümə günü Maks Ferstappen əvvəlcə ön antiqanadını, daha sonra isə asıqlanını sındırmışdı. Dünən səhər Niko Rosberqin maşınında asılqan qırılmışdı. Sıralanma turunda isə əvvəlcə Serxio Peres sınmış asılqanla boksa qayıtmışdı, daha sonra isə Daniil Kvyat sınmış asılqan üzündən ağır qəzaya uğramışdı. Sarı preobriklərdən narazılıqların sayı çox olsa da, FİA onları yığışdırmaqdan imtina edib.

Rosberq və Fettel ötürmələr qutusunu dəyişdirdikləri üçün startda 5 yer itirməli olublar, Palmer, Haryanto və Nasr isə sarı bayraqlar altında sürətlərini artırdıqları üçün 3 yer itiriblər. Kvyat üçün yeni şassi yığıldığı üçün rusiyalı sürücü pit-leyndən satrt almalı olub. Massanın maşınında əvvəlki versiyadan olan antiqanad quraşdırıldığı üçün o da pit-leyndən start almalı olub.

Start düzümü ənənədən uzaq alınıb. Qurumaqda olan trasda poulu Həmilton qazansa da, onunla birlikdə ilk cərgədə Hülkenberq dayanmışdı. İkinci cərgədən Batton və Rəykkönen, üçüncü cərgədən Rikkardo və Rosberq start alırdılar.

Pirelli Şpilberqə UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirmişdi. Dünən Ferrari və Red Bull sürücüləri ən yaxşı nəticələrini SuperSoft-la göstərdikləri üçün elə bu dəstlərlə də start alıblar. İlk onluğun digər sürücüləri isə UltraSoft təkərlərlə starta çıxıblar.

Onların arxasında Verlyayn, Peres və Kvyat UltraSoft, Haryanto və Nasr Soft, digərləri isə SuperSoft seçiblər.

Startda insident yaşanmayıb. Həmilton liderliyini saxlayıb, Hülkenberq geriyə düşüb, amma sonra onunla birlikdə Rosberq və Ferstappen Rikkardonu qabaqlayıblar. 2-ci döngənin sonunda ilk onluq: Həmilton  – Batton  – Rəykkönen – Hülkenberq – Rosberq – Ferstappen – Rikkardo – Fettel – Bottas – Sayns.

3-cü dövrədə Kvyat güc qurğusundakı problem üzündən yarışı dayandırıb. Həmilton yavaşyavaş Battondan uzaqlaşıb. 6-cı dövrədə Rosberq və Ferstappen Hülkenberqi üstələyiblər, 7-ci dövrədə Fettel Rikkardo və Hülkenberqi qabaqlayıb, bu zaman Rəykkönen Battonu üstələyərək ikinci yerə yüksəlib.

9-cu dövrədə Hülkenberq və Alonso yeni təkər dəstinə keçiblər. 10-cu dövrədə Batton, Bottas, Sayns və Peres, 11-cidə Rosberq, 12-cidə Maqnussen, 13-cüdə Palmer, Massa və Peres, 15-cidə Rikkardo, 16-cıda Ferstappen ilk pit-stoplarını reallaşdırıblar.

Həmilton start aldığı təkərlərlə trasda uzun müddət qalıb, pit-stop zamanı arxa sol təkərin dəyişdirilməsi zamanı ləngimə olduğu üçün trasa Rosberqin arxasında qayıdıb. Maqnussen Verlyaynın önündə trayektoriyasını bir neçə dəfə dəyişdiyi üçün  saniyəlik cərimə alıb.

23-cü dövrədə Rəykkönen birinci dəfə, 24-cü dövrədə Hülkenberq ikinci dəfə boksa baş çəkiblər. 27-ci dövrədə start düzlüyündə Fettelin maşınında arxa sağ təkər partlayıb.

Sebastyan SuperSoft təkərlərlə trasda maksimum qalmaq istəyib, amma təkər partlayıb. Ferrari yerində fırlanıb və baryerlərə çırpılıb. Təhlükəsizlik Maşını (SC) trasa çıxıb. Batton, Qrojan, Alonso və Peres yeni təkər dəstinə keçiblər.

Start düzlüyündəki qırıntıları marşalların təmizləməsi üçün SC sürücüləri pit-leyndən keçirib – Hülkenberq və Qrojan pit-leyndə sürət rejimini pozduqları üçün 5 saniyəlik cərimə alıblar. SC arxasında ilk onluq: Rosberq – Həmilton – Ferstappen – Rikkardo – Rəykkönen – Bottas  – Nasr – Batton – Qrojan – Maqnussen.

32-ci dövrədə restart elan olunub. Rosberq nəinki mövqeyini qoruyub, həm də Həmiltondan uzaqlaşaraq onun hücumlarından özünü sığrtalayıb.

Mercedes AMG komandasının sürücüləri sürətli dövrələr göstərməklə yarışıblar, amma 2 saniyəlik fərq azalmayıb. Nəhayət, Rosberq tras xaricinə çıxdığı üçün Həmilton ona yaxınlaşıb, amma Niko yenə də sürətini artırıb.

55-ci dövrədə Həmilton boksa yollanıb və yenə də mexaniklər ləngiyiblər, bir dövrə sonra Rosberqin pit-stopu ideal keçib və almaniyalı sürücü liderliyini qoruyub. 58-ci dövrədə Rəykkönen Rikkardonu üstələyərək dördüncü yerə yüksəlib. 59-cu döngənin sonunda ilk onluq: Ferstappen – Rosberq – Həmilton – Rəykkönen – Rikkardo – Batton – Qrojan – Peres – Sayns – Alonso.

Lyuis yarışın sonuna Soft, Niko isə SuperSoft təkərlər alıb – britaniyalı sürücüdə qırmızı təkərlər olmayıb, ona görə də Lyuis vaxtı itirmədən hücumlara başlayıb. Hər iki sürücü Fertsappenlə fərqi çox tez bir zamanda azaldıblar.

61-ci dövrədə Rikkardo yeni təkərlərə keçib, Rosberq isə ikinci həmləsindən Ferstappeni üstələyərək liderliyi ələ alıb. İki dövrə sonra Həmilton da hollandiyalı sürücünü qabaqlayıb.

65-ci dövrədə Massa üçün yarış başa çatıb. Bir dövrə sonra Rikkardo Battonu ötərək 5-ci yerə yüksəlib. Alonso və Hülkenberq isə boksda dayanaraq mübarizəni dayandırıblar.

Finişə beş dövrə qalmış Mercedes AMG sürücülərini cəmi 0.8 saniyə ayırıb və Rosberq Həmiltonun hücumlarına hazırlaşıb.

Sonuncu dövrədə Həmilton xarici radiusla hücuma keçib, daxildə qalan Rosberq döngəyə girməyərək komanda yoldaşına çırpılıb. Lyuis önə keçib, Niko isə ön antiqanadını itirib. Sürəti aşağı düşən Nikonu Ferstappen və Rəykkönen keçiblər.

Peres 3-cü döngədə əyləc problemləri üzündən trasdan çıxıb və sarı bayraqlar altında Rəykkönen Ferstappeni keçə bilməyib. Lyuis Həmilton isə karyerasında 46-cı, mövsümdə 3-cü qələbəsini qazanıb.

Censon Batton finiş xəttini 6-cı keçməklə mövsümdə ən yaxşı nəticəsini göstərib. Paskal Verlyayn isə özünün və komandasının ilk xalını qazanıb.

Gələn həftə mübarizə Silverstounda davam edəcək.

YerNSürücüKomandaZamanPit
144Lyuis HəmiltonMercedes AMG2
233Maks FerstappenRed Bull+ 0:05.7191
37Kimi RəykkönenFerrari+ 0:06.0241
46Niko Rosberq (**)Mercedes AMG+ 0:26.7102
53Daniel RikkardoRed Bull+ 0:30.9812
622Censon BattonMcLaren+ 0:37.7062
78Roman Qrojan (*)Haas+ 0:44.6681
855Karlos SaynsToro Rosso+ 0:47.4001
977Valtteri BottasWilliams+ 1 dövrə2
1094Paskal VerlyaynManor+ 1 dövrə2
1121Esteban QutyerresHaas+ 1 dövrə2
1230Colion PalmerRenault+ 1 dövrə2
1312Felipe NasrSauber+ 1 dövrə1
1420Kevin MaqnussenRenault+ 1 dövrə2
159Markus ErikssonSauber+ 1 dövrə2
1688Rio HaryantoManor+ 1 dövrə2
1711Serxio PeresForce İndia+ 2 dövrə2
1814Fernando AlonsoMcLaren+ 7 dövrə3
1927Niko HülkenberqForce İndia+ 7 dövrə4
2019Felipe MassaWilliams+ 8 dövrə3

 

(*) – Roman Qrojan pit-leyndə sürət həddini aşdığı üçün yekun nəticəsinə 5 saniyə əlavə olunub
(**) – Niko Rosberq Lyuis Həmiltonla toqquşmaya görə yekun nəticəsinə 10 saniyə əlavə olunub

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:08.411 (67-ci dövrə, 227.647 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Sebastyan FettelFerrari26təkər
Daniil KvyatToro Rosso2mexanika

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team153
244Lyuis HəmiltonMercedes AMG F1 Team142
35Sebastyan FettelScuderia Ferrari96
47Kimi RəykkönenScuderia Ferrari96
53Daniel RikkardoRed Bull Racing88
633Maks FerstappenRed Bull Racing72
777Valtteri BottasWilliams Martini Racing54
811Serxio PeresSahara Force İndia F1 Team39
919Felipe MassaWilliams Martini Racing38
108Roman QrojanHaas F1 Team28
1126Daniil KvyatScuderia Toro Rosso22
1255Karlos SaynsScuderia Toro Rosso22
1327Niko HülkenberqSahara Force İndia F1 Team20
1414Fernando AlonsoMcLaren Honda Formula 1 Team18
1522Censon BattonMcLaren Honda Formula 1 Team13
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team6
1794Paskal VerlyaynManor Racing MRT1
1847Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes295
2Scuderia FerrariFerrari192
3Red Bull RacingTAG Heuer168
4Williams Martini RacingMercedes92
5Sahara Force İndia F1 TeamMercedes59
6Scuderia Toro RossoFerrari36
7McLaren Honda Formula 1 TeamHonda32
8Haas F1 TeamFerrari28
9Renault Sport Formula 1 TeamRenault6
10Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , , , , , ,
Paylaş

logo