16 Dekabr 2017, Şənbə - 20:52

Avstriya-2016: Üçüncü sərbəst yürüşlər

Avstriya-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:12 - 02 İyul, 2016

Bu gün səhər hava yaxşı olub. Dünən nahardan sonra yağış üzündən uzun dövrələr seriyasında işləyə bilməyən komandalar təkərlərin effektivliyinin dəyərləndirilməsini sonuncu məşqlərə saxlamışdılar – ona görə də ilk dəqiqələrdən sürücülər trasa axışıblar. Yalnız Qrojan ilk 12 dəqiqəni boksda ilişib qalıb, Peres isə 11 dövrə vurduqdan sonra problemlər yaşayıb.

F-1.az bildirir ki, sessiyanın 40-cı dəqiqəsində qırmızı bayraqlar peyda olublar – 2-ci döngənin çıxışında Rosberqin maşınında arxa sol təkərin asıqlanı qırılıb. Maşın yerində fırlanıb və zərblə baryerlərə çırpılıb. Sürücü maşını müstəqil tərk edib, maşının təxliyəsi və baryerlərin bərpası 10 dəqiqə çəkib.

Sessiyanın sonunda isə Valtteri Bottas yerində fırlanıb, amma finlandiyalı sürücü özünü boksa çatdıra bilib. Bütün sürücülər imkand axilində hündür sarı porebriklərdən uzaq olmağa çalışıblar.

Ferrari sürücüləri protokollara başçılıq ediblər və Fettel trasın yeni rekroduna imza atıb – 1:07.098. Bizi maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:07.09820
27kimi RəykkönenFerrari1:07.234+ 0:00.13626
344Lyuis HəmiltonMercedes AMG1:07.308+ 0:00.21020
43Daniel RikkardoRed Bull1:07.639+ 0:00.54122
533Maks FerstappenRed Bull1:07.761+ 0:00.66322
677Valtteri BottasWilliams1:07.814+ 0:00.71623
719Felipe MassaWilliams1:07.831+ 0:00.73327
827Niko HülkenberqForce India1:08.285+ 0:01.18723
922Censon BattonMcLaren1:08.304+ 0:01.20619
1014Fernando AlonsoMcLaren1:08.327+ 0:01.22917
1111Serxio PeresForce India1:08.442+ 0:01.34426
1221Esteban QutyerresHaas1:08.475+ 0:01.37722
1394Paskal VerlyaynManor1:08.534+ 0:01.43629
148Roman QrojanHaas1:08.550+ 0:01.45221
1520Kevin MaqnussenRenault1:08.569+ 0:01.47131
1626Daniil KvyatToro Rosso1:08.786+ 0:01.68832
1730Colion PalmerRenault1:08.939+ 0:01.84127
1855Karlos SaynsToro Rosso1:09.008+ 0:01.91011
1988Rio HaryantoManor1:09.116+ 0:02.01828
209Markus ErikssonSauber1:09.137+ 0:02.03925
2112Felipe NasrSauber1:09.557+ 0:02.45920
226Niko RosberqMercedes AMG1:10.959+ 0:03.86116

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər , , , ,
Paylaş

logo