26 Sentyabr 2018, Çərşənbə - 12:49

Avstriya-2016: Tras və statistika

Avstriya-2016: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:22 - 30 İyun, 2016

2014-cü ildə Formula1-də 11 illik fasilədən sonra Avstriya Qran Prisi yer aldı. Şpilberqdə yerləşən və 3-cü dəfə adını dəyişən tras (Osterrayxrinq – A1 Rinq – Red Bull Rinq) Red Bull şirkətinin həmsahibi Diter Mateşiçin səyi nəticəsində dünya çempionatına qayıtmışdı.

Formula1-də iki komandanın sahibi olan Mateşiç əvvəlcə avtodromu rekonstruksiya etdi, bir neçə ildən sonra isə milli mərhələyə dəstək verdi. Təşkilatçılar deyirdilər ki, bilet satışından əldə edilən gəlir yalnız cari xərcləri qarşılayacaq, amma Mateşiç üçün bu layihənin xüsusi statusu var idi – məhz Diter yarış haqqını Berni Ekklstouna ödəmişdi.

Ştiriya dağlarında yerləşən tras həmişə tarxi yarışlara şahidlik edib, 2011-ci ildən isə avtodromun tarixində yeni era başlayıb. Həmin il trasda Formula2 və DTM yarışları keçirildi, amma F1 yarışları barədə düşünmürdülər. Hətta Mateşiç yerli KİV-ə müsahibəsində demişdi ki, tras gənc sürücülərin çıxış etdiyi seriyalar üçün nəzərdə tutulub.

Avstriya Qran Prisinin təqvimə qayıtması barədə Red Bull komandasının Qrats şəhərində baş tutan küçə şousu zamanı danışmağa başladılar. Sonra məlum oldu ki, FİA 2013-cü ilin təqvimində iyul ayın adı məlum olmayan bir yarış planlaşdırıb və Red Bull şirkətinin idman məsləhətçisi federasiyaya xatırlatdı ki, Şpilberq avtodromu F1 yarışları keçirmək lisenziyasına malikdir. Yanvar ayında Mateşiç bəyan etdi ki, Ekklstounla 3 və ya 5 illik müqaviləni müzakirə edir, 2013-cü il iyulun əvvəllərində isə bütün sənədlər imzalanmışdı.

Təqvimə qayıdan Avstriya yarışı hamının xoşuna gəldi – sürücülər, komandalar, azarkeşlər və mətbuat ilk yarışdan razı qalmışdılar. 2014-cü ildə debüt yarışını 225 min tamaşaçı izləmişdisə, keçən il onların sayı xeyli azalmışdı. Hərçənd, ekspertlər bu halı ikinci yarış sindromu adlandırırlar.

Austrian Grand Prix

FORMULA 1 GROSSER PREIS VON ÖSTERREICH 2016
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
1-3 iyul 2016Red Bull Ring4326 m71307.146 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası əvvəlki versiyadan fərqlənmir, sadəcə müasir standartlara cavab verəcək hala gətirib – təhlükəsizlik zonaları genişləndirilib, bəzi sahələrdə TecPro baryerləri quraşdırılıb, yeni mətbuat mərkəzi və digər qurğular tikilib. Köhnə klassik trasa müasir don geydirilib.

Döngələrin çoxu adını dəyişib – köhnələrdən yalnız Yoxen Rindt döngəsi qalıb, Niki Laudanın adını daşıyan döngə hazırda Pirelli adlanır. Bundan narazı qalan lauda bildirmişdi ki, “onun vaxtında döngələr üçün sponsor axtarmırdılar”.

Trasın uzunluğu qısa olduğu üçün dövrə çox tez başa vurulur – təqvimdə yalnız Monako və San Paulu traslarından uzundur. Yavaş döngələrin və düzlüklərin uzlaşması asfalta yatma qüvvəsi və sürət arasında sazlanmalar seçimində kompromiss tələb edir.

Tras cəmi 9 döngədən ibarətdir, birinci sektordakı uzun düzlüyün sonunda ötmək mümkündür. Əvvəllər bu trasda yarışlar darıxıdırıcı olurdular, amma DRS və ERS sürücülərə ötmək imkan veriblər.

Dörd düzlük qaz pedalının tam döşəməyə basılması ilə qət olunur, döngələrin azlığı əylənmə zamanı MGU-K generatora enerjinin toplanması çətinləşdirir. Ümumən, əyləc və təkərlərin yüklənməsi yüksək deyil. Dəniz səviyyəsindən 640 metr hündürlükdə olması üzündən havanın alçaq təzyiqini kompensə etmək üçün trasda maşınların turbini daha böyük dövriyələrdə çalışmalı olacaq.

2015-ci ilin Avstriya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu. QuruNiko RosberqMercedes AMG1:10.401
2-ci sərbəst yürüşlərBuludlu. QuruSebastyan FettelFerrari1:09.600
3-cü sərbəst yürüşlərBuludlu. YağışSebastyan FettelFerrari1:09.994
Sıralanma turuBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:08.455
Yarışda sürətli dövrəBuludlu. QuruNiko RosberqRed Bull1:11.235

 

Austrian Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Avstriya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Avstriya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
1 iyul1-ci sərbəst yürüşlər12:00
1 iyul2-ci sərbəst yürüşlər16:00
2 iyul3-cü sərbəst yürüşlər13:00
2 iyulSıralanma turu16:0015:50
3 iyulYarış16:0015:50

 

Pirelli, UltraSoft, SuperSoft, Soft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

 

Avstriyada komandalar mövsümdə 3-cü dəfə ən yumşaq üçlüyü alacaqlar: UltraSoft – SuperSoft – Soft. Monako və Kanadada soyuq hava üzündən uzun məsafələrdə təkərlər elə də effektiv olmamışdılar, bu həftəsonu sürücüləri yenə soyuq hava gözləyir.

Keçən il sürücülərin çoxu yarış məsafəsini bir pit-stopla başa vurmuşdu, bu il də eyni strategiyanın seçilməsi ehtimalı var. Ferrari və Renault komandaları həftəsonu üçün 9 dəst UltraSoft təkərləri seçiblər.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG238
Niko RosberqMercedes AMG148
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Valtteri BottasWilliams157
Felipe MassaWilliams247
Daniel RikkardoRed Bull247
Maks FerstappenRed Bull247
Niko HülkenberqForce İndia337
Serxio PeresForce İndia337
Kevin MaqnussenRenault229
Colion PalmerRenault139
Daniil KvyatToro Rosso247
Karlos SaynsToro Rosso247
Fernando AlonsoMcLaren337
Censon BattonMcLaren337
Markus ErikssonSauber247
Felipe NasrSauber337
Paskal VerlyaynManor148
Rio HaryantoManor148
Roman QrojanHaas256
Esteban QutyerresHaas346

 

Austrian Grand Prix

Hazırkı pilotların Avstriya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
N.Rosberq25022
L.Həmilton23612
F.Massa32711
V.Bottas2251
S.Fettel212
K.Rəykkönen5121
S.Peres210
N.Hülkenberq210
F.Alonso410
C.Batton67
K.Maqnussen16
D.Rikkardo25
M.Ferstappen14
R.Qrojan2
D.Kvyat2
M.Eriksson2
E.Qutyerres1
K.Sayns1
F.Nasr1
C.Palmer
P.Verlyayn
R.Haryanto

 

Avstriya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
21.06.2015Red Bull RingL.HəmiltonMercedes AMGN.NosberqMercedes AMG
22.06.2015Red Bull RingF.MassaWilliamsN.NosberqMercedes AMG
18.05.2003A1-RingM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
12.05.2002A1-RingR.BarrikelloFerrariM.ŞumaxerFerrari
02.09.2001A1-RingM.ŞumaxerFerrariD.KulthardMcLaren
15.07.2000A1-RingM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
25.07.1999A1-RingM.HəkkinenMcLarenE.İrvaynFerrari
26.07.1998A1-RingC.FizikellaBenettonM.HəkkinenMcLaren
21.09.1997A1-RingJ.VilnövWilliamsJ.VilnövWilliams

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 340
Teqlər , ,
Paylaş

logo