Avstriya-2016: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Dünya çempionatı Avstriyanın Red Bull Rinq trasında yarışa hazırlaşır və qarşıdakı həftəsonu üçün Pirelli-nin mütəxəssisləri ən yumşaq üçlüyü - Soft, SuperSoft və UltraSoft tərkiblərini seçiblər.

F-1.az bildirir ki, bu trasda təkərlər həm eninə, həm də uzununa ciddi yüklənirlər, amma təkərlərin yeyilməsi və dağılması səviyyəsi çox aşağıdır – buna səbəb Şpilberq trasında döşənmiş asfaltın codluluğunun aşağı olmasıdır. Ümumən asfaltla ilişmə səviyyəsi də aşağıdır.

Keçənilki yarışın qalibi Niko Rosberq yarış məsafəsini bir pit-stopla başa vurmuşdu, düzdür, Təhlükəsizlik Maşınının erkən trasa çıxışı da ona kömək etmişdi.

Trasda asfalt qatı bu il tamamilə yenilənib, amma onun xarakteristikası dəyişməyib. İstisna deyil ki, ilişmə səviyyəsi dəyişə bilər, ona görə də sabah Pirelli-nin mühəndisləri öz ölçmələrini edəcəklər…

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Red Bull Rinq trası çempionatın ən mənzərəli və nadir trasıdır. Tras mexaniki ilişmə və sürət imkanları baxımından təkərlərə yüksək tələbkar olduğundan biz UltraSoft-u seçməli olduq.

Yekunda bu il biz iki pit-stop görə bilərik, hərçənd keçən il komandalara bir pit-stop kifayət etmişdi. Amma bu trasda yarışlar həmişə gözlənilməz ssenari üzrə baş verir: keçən il elə ilk dövrədə Təhlükəsizlik Maşını trasa çıxdı, havaya gəlincə, hava isti və günəşli havadan birdən-birə soyuq və yağışlı hava ilə əvəz oluna bilər.

UltraSoft tərkibi trasa uyğun olmalıdır, ona görə də böyük ehtimalla biz bu həftəsonu trasın rekordunu görəcəyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*