15 Dekabr 2017, Cümə - 10:21

Avstriya-2016: Bukmeyker cədvəlləri

Avstriya-2016: Bukmeyker cədvəlləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:21 - 27 İyun, 2016

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton Şpilberq trasında favorit sürücü olacaq – iki həftə əvvəl Bakıda qazanılan qələbə Niko Rosberqi üçqat dünya çempionuna yaxınlaşdırıb. Ferrari-nin sürücüsü Sebastyan Fettel də cədvəllərdə üçüncülüyü özünə qaytara bilib.

Avstriya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton2.25
Niko Rosberq2.75
Sebastyan Fettel7.00
Daniel Rikkardo17.00
Kimi Rəykkönen, Maks Ferstappen21.00
Valtteri Bottas, Serxio Peres41.00
Felipe Massa, Niko Hülkenberq67.00

 

Mövsümdə beşinci qələbəsini qazanmasına və Lyuisi çempionatda 24 xal qabaqlamasına baxmayaraq, bukmeykerlər hələ də Nikonu mövsümün sonunda sevinən tərəf kimi görə bilmirlər. Fettel üçüncü yerə qayıtsa da, Mercedes AMG cütlüyünə kifayət qədər uduzur…

Dünya çempionatında qələbə (sürücülər)
Lyuis Həmilton1.73
Niko Rosberq2.37
Sebastyan Fettel26.00
Daniel Rikkardo41.00
Maks Ferstappen101.00
Kimi Rəykkönen251.00

 

Hər yarışda sürücülərdən biri problem yaşasa da, mövsümün sonunda qələbəyə əsas namizəd yenə də Mercedes AMG komandası hesab olunur…

Dünya çempionatında qələbə (komandalar)
Mercedes AMG1.01
Ferrari26.00
Red Bull29.00
Williams, Force İndia, McLaren2501.00

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , ,
Paylaş

logo