20 Oktyabr 2017, Cümə - 16:28

Avstraliya Qran Prisindən sonra sürücülərin cərimə balları

Avstraliya Qran Prisindən sonra sürücülərin cərimə balları

Müəllif: Elçin Zodorov, redaktor

10:17 - 27 Mart, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə, cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xəbər verir ki, Avstraliyada keçirilən mövsümün ilk yarışında stüardlar heç bir sürücünü balla cəzalandırmayıblar. Deyəsən, bu il onlar sürücülərə qarşı nisbətən liberal olacaqlar. Rio Haryantonun keçən il Avstraliyada aldığı 2 ballıq cərimə silinib. Hazırda passivində 2 bal olan indoneziyalı sürücü onsuz da bu il çempionatda iştirak etmir. Valtteri Bottasın keçən il Bəhreyndə aldığı iki cərimə balı da növbəti Çin Qran Prisində silinəcək.

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə
126Daniil Kvyat83 (Rusiya, 2016)2 (Monako, 2016)2 (ABŞ, 2016)1 (Meksika, 2016)
221Esteban Qutyerres72 (Rusiya, 2016)2 (Macarıstan, 2016)3 (Belçika, 2016)
36Niko Rosberq62 (Avstriya, 2016)2 (Almaniya, 2016)2 (Malayziya, 2016)
45Sebastyan Fettel62 (Britaniya, 2016)2 (Malayziya, 2016)2 (Meksika, 2016)
555Karlos Sayns52 (Rusiya, 2016)2 (Almaniya, 2016)1 (Meksika, 2016)
630Colion Palmer42 (Avstriya, 2016)2 (Əbu Dabi, 2016)
712Felipe Nasr42 (Avstriya, 2016)2 (İtaliya, 2016)
894Paskal Verlyayn44 (Monako, 2016)
931Esteban Okon42 (Sinqapur, 2016)2 (Braziliya, 2016)
1020Kevin Maqnussen42 (İspaniya, 2016)2 (ABŞ, 2016)
1111Serxio Peres33 (Sinqapur, 2016)
1277Valtteri Bottas22 (Monako, 2016)
1388Rio Haryanto22 (Avstriya, 2016)
147Kimi Rəykkönen22 (Avropa, 2016)
159Markus Eriksson22 (Monako, 2016)
1627Niko Hülkenberq22 (Çin, 2016)
1719Felipe Massa22 (Braziliya, 2016)
1833Maks Ferstappen11 (Meksika, 2016)

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 412
Teqlər , ,
Paylaş

logo