19 Noyabr 2017, Bazar - 14:27

Avstraliya Qran Prisi: Yarış

Avstraliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:27 - 21 Mart, 2014

Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +28° C Mövsümlərarası fasilənənin ənənəvi qüvvələr nisbəti sualı bu dəfə cavabsız qalıb […]

Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +28° C

Mövsümlərarası fasilənənin ənənəvi qüvvələr nisbəti sualı bu dəfə cavabsız qalıb – reqlament çox ciddi dəyişib, testlərdə hər bir komanda çoxlu problemlərlə üzləşib. Bir çoxları deyirdilər ki, mövsümün ilk yarışını keçirmək hələ tezdir – bütün problemlər hələ həll olunmayıb, amma komandalar martın ortasında Melburna toplaşıblar.

Sıralanma turu yağış altında keçib, start sahəsində sürücülərin düzümü maraqlı alınıb. Lyuis Həmilton gözlənildiyi kimi poul qazanıb, Daniel Rikkardo gözlənilmədən ikinci olub – avstraliyalı sürücü ev trasında Red Bull-un heyətində debüt edib. McLaren komandasının debütantı Kevin Maqnussen dördüncü, Toro Rosso-nun debütantı Daniil Kvyat isə səkkizinci nəticə göstərib. Üç dünya çempionu – Batton, Rəykkönen və Fettel isə sonuncu sessiyaya keçə bilməyiblər.

Valtteri Bottas və Esteban Qutyerres dünən cərimə olunmuşdular – onların maşınlarında ötürmələr qutusu vaxtından əvvəl dəyişdirildiyi üçün hər iki sürücü startda 5 yer itirməli olub. Həftəsonu Lotus üçün çox uğursuz davam edib – Pastor Maldonado sıralanma turunda heç bir nəticə göstərə bilməyib, amma stüardlar tərəfindən yarışın startına buraxılıb, Roman Qrojan isə cərimələnib – komanda “bağlı park” rejimini pozaraq maşın üzərində işləmək qərarını qəbul edib.

Yarış ərəfəsində həll olunmamış problemlər kifayət qədər çox olub, həm də sürücülər ilk dəfə yarış məsafəsini imitasiya rejimində deyil, real mübarizə rejimində 100 kq yanacaq sərfiyyatı ilə qət etməli idilər. Yağışlı sıralanma turundan sonra startda sürücülər azad seçim qarşısında olublar, ona görə də Fettel və Qutyerres Medium, digər sürücülər isə Soft tərkibinə üstünlük veriblər.

Qızdırma dövrəsinin əvvəlində Maks Çilton start sahəsinə qalıb – Marussia-nın mexanikləri maşını boksa çəkərək işə salıblar və pit-leyndə Qrojanın arxasında yer alıblar. Amma ilk cəhddən start yenə də alınmayıb – bu dəfə ikinci Marussia maşınında motir sönüb. Sürücülər ikinci qızdrıma dövrəsinə yollanıblar – Jül Byanki isə komanda yoldaşının arxasında pit-leyndə yer alıb.

Startda Rosberq önündəki iki maşını qabaqlayaraq birinci döngəyə lider kimi daxil olub, amma Rikkardo da Həmiltonu keçdiyi üçün ikinciliyini qoruya bilib. Həmiltonu isə bir neçə döngədən sonra Maqnussen də üstələyib. Birinci döngənin girişində Kobayaşi arxadan Massaya çırpılıb – hər iki sürücü trasdan çıxaraq mübarizəni dayandırıblar. 2-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Həmilton – Hülkenberq – Alonso – Vern – Rəykkönen – Kvyat – Bottas.

3-cü dövrədə Hülkenberq də Həmiltonu keçib – britaniyalı sürücüyə əvvəlcə maşını saxlaması əmr olunsa da, sonradan yarışı davam edə bilməsi barədə xəbər verildi. Rəykkönen Verni, Bottas isə Kvyatı üstələyiblər. Dövrənin sonunda Həmilton maşını boksda saxlayıb.

5-ci dövrədə Bottas Verni də keçərək yeddinci yerə yüksəlib. Fettel yarışı dayandırmalı olub – son dörd ilin çempionu üçün mövsümün ilk yarışı qısa alınıb. Dövrənin sonunda Rosberqin Rikkardo üzərində üstünlüyü dörd saniyəyə çatıb, Daniel də öz növbəsində Maqnusseni dörd saniyə qabaqlayıb.

8-ci dövrədə Bottas həmyerlisi Rəykköneni də üstələyərək altıncı yerə çıxıb. 10-cu dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Hülkenberq – Alonso – Bottas – Rəykkönen – Vern – Kvyat – Batton.

Alonsoya hücum zamanı Bottas divara toxunub – arxa təkər deşilib: rezin diskdən ayrılıb və trasda qalıb. Daha sonra diskin də maşından ayrılması trasa Təhlükəsizlik Maşının (TM) çıxmasına səbəb olub – Bottas boksa qayıda bilib və trasa 16-cı qayıdıb. TM-in trasa çıxmasına Batton cə Peres dərhal reaksiya veriblər, növbəti dövrədə isə digər sürücülər də mexaniklərinə qonaq olublar. Kvyat və Peres Medium təkərlərinə keçiblər, digər sürücülər isə Soft tərkibini seçiblər. Batton bir dövrə erkən pit-stopu sayəsində altıncı yerə yüksəlib. TM-in arxasında ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Hülkenberq – Alonso – Batton – Vern – Rəykkönen – Sutil – Kvyat. Bottas 16-cı yerə düşüb.

16-cı dövrədə restart elan olunub. Rosberq liderliyini qoruyub. Bottas Qutyerresi, bir dövrə sonra isə Peresi qabaqlayıb. 18-ci dövrədə Kvyat Sutili keçib. Növbəti iki dövrə ərzində Bottas növbə ilə Qrojanı, Maldonadonu və Sutili ötərək ilk onluğa qayıdıb. 20-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Hülkenberq – Alonso – Batton – Vern – Rəykkönen – Kvyat – Bottas.

25-ci dövrədə Bottas Kvyatı üstələyib. 29-cu dövrədə sarı bayraqlar dalğalanıb – Erikson mübarizəni dayandırıb, iki dövrə sonra isə Maldonado da dayanıb.

33-cü dövrədə Batton və Peres təkərlərini dəyişiblər, 34-cü dövrədə Hülkenberq və Vern boksa yollanıblar. 35-ci dövrədə Bottas Rəykköneni daha bir dəfə keçib – Kimi əylənmədə təkərləri bloka salıb. 36-cı dövrədə Alonso ikinci, Sutil isə birinci pit-stopunu gerçəkləşdiriblər. Alonso pit-stop sayəsində Hülkenberqi qabaqlasa da, Battonun arxasına düşüb.

37-ci dövrədə Rikkardo, Bottas, Rəykkönen və Kvyat, 38-ci dövrədə Maqnussen, 39-cu dövrədə Rosberq sonuncu dəfə boksa müraciət ediblər – Niko trasa yarışın lideri kimi qayıdıb. 43-cü dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Batton – Alonso – Hülkenberq – Vern – Bottas – Rəykkönen – Kvyat.

45-ci dövrədə Qrojan yarışı dayandırmalı olub – hər iki Lotus maşını bu gün mübarizədən kənar qalıb. 47-ci dövrədə Bottas Verni üstələyib. 50-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Batton – Alonso – Hülkenberq – Bottas – Vern – Rəykkönen – Kvyat.

52-ci dövrədə Bottas Hülkenberqi də keçərək altıncılığa yüksəlib, onun həmyerlisi Rəykkönen isə Verni üstələyib.

Niko Rosberq inamlı qələbə qazanıb – almaniyalı sürücü ən yaxın rəqibindən 24.5 saniyə üstün olub və karyerasında dördüncü qələbəsini qazanıb.

Mövsümün ilk yarışı yeni nəsil sürücülər üçün uğurlu alınıb. Rikkardo Red Bull-da keçirdiyi ilk yarışında ikinci olub, Maqnussen debüt yarışında podium qazanıb, rusiyalı Kvyat da debüt yarışında xal qazanaraq tarixin xal qazanmış ən gənc sürücüsü olub. Valtteri Bottas isə çoxsaylı ötmələr edərək finişdə altıncı olub.

Yarışın finişindən bir neçə saat sonra Daniel Rikkardonun nəticəsi protokollardan çıxarılıb – Red Bull komandası yanacağın artıq sərfində günahlandırılır, komanda bu qərardan şikayət edəcəyini bildirib.

Mövsümün startı gözlənilməz və maraqlı alınıb, proqnozların əksinə olaraq 14 maşın finiş görüb. İki həftədən sonra komandalar Malayziyada mübarizəni davam etdirəcəklər.

YerPilotKomandaMotorVaxt
01N.RosberqMercedes AMGMercedes1:32:58.710
02K.MaqnussenMcLarenMercedes+ 0:26.777
03C.BattonMcLarenMercedes+ 0:30.027
04F.AlonsoFerrariFerrari+ 0:35.284
05V.BottasWilliamsMercedes+ 0:47.639
06N.HülkenberqForce İndiaMercedes+ 0:50.718
07K.RəykkönenFerrariFerrari+ 0:57.675
08J.E.VernToro RossoRenault+ 1:00.441
09D.KvyatToro RossoRenault+ 1:03.585
10S.PeresForce İndiaMercedes+ 1:25.916
11A.SutilSauberFerrari+ 1 dövrə
12E.QutyerresSauberFerrari+ 1 dövrə
13M.ÇiltonMarussiaFerrari+ 2 dövrə
NKJ.ByankiMarussiaFerrari+ 8 dövrə
R.QrojanLotusRenault
P.MaldonadoLotusRenault
M.EriksonCaterhamRenault
S.FettelRed BullRenault
L.HəmiltonMercedes AMGMercedes
F.MassaWilliamsMercedes
K.KobayaşiCaterhamRenault
DSKD.RikkardoRed BullRenault+ 0:24.525

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:32.478 (19-cu dövrə).

Qeyd: Daniel Rikkardo (Red Bull) yarış zamanı yanacaq limitini keçdiyi üçün diskvalifikasiya olunub (DSK), Jül Byanki (Marussia) yarış məsafəsinin 10%-ni qət etmədiyi üçün protokollarda nəzərə alınmayıb (NK).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01N.RosberqMercedes AMGMercedes25
02K.MaqnussenMcLarenMercedes18
03C.BattonMcLarenMercedes15
04F.AlonsoFerrariFerrari12
05V.BottasWilliamsMercedes10
06N.HülkenberqForce İndiaMercedes8
07K.RəykkönenFerrariFerrari6
08J.E.VernToro RossoRenault4
09D.KvyatToro RossoRenault2
10S.PeresForce İndiaMercedes1
11A.SutilSauberFerrari0
12E.QutyerresSauberFerrari0
13M.ÇiltonMarussiaFerrari0
14J.ByankiMarussiaFerrari0
15R.QrojanLotusRenault0
16P.MaldonadoLotusRenault0
17M.EriksonCaterhamRenault0
18S.FettelRed BullRenault0
19L.HəmiltonMercedes AMGMercedes0
20F.MassaWilliamsMercedes0
21K.KobayaşiCaterhamRenault0
22D.RikkardoRed BullRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01McLarenMercedes33
02Mercedes AMGMercedes25
03FerrariFerrari18
04WilliamsMercedes10
05Force İndiaMercedes9
06Toro RossoRenault6
07SauberFerrari0
08MarussiaFerrari0
09LotusRenault0
10CaterhamRenault0
11Red BullRenault0

Avstraliya Qran Prisi: Yarış

Avstraliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:39 - 02 Aprel, 2013

Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +24° C Soyuq mövsümöncəsi testlərdən sonra 64-cü dünya çempionatının iştirakçıları Avstraliaya mövsümün […]

Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +24° C

Soyuq mövsümöncəsi testlərdən sonra 64-cü dünya çempionatının iştirakçıları Avstraliaya mövsümün ilk yarışına isti hava ümidi ilə gəlmişdilər və Melburnda doğrudan da isti idi, amma yarış uik-endinin startına qədər. Cümə günü komandalar quru trasda işləyə bilsələr də, sonra hava korlanıb.

Sıralanma turunun müddəti rekord həddə çatıb – birinci sessiya bir neçə dəfə təxirə salınsa da, şənbə günü keçirilib, amma sonra havanın daha da korlanması üzündən ikinci və üçüncü sessiyalar bazar günü səhər nəm asfalt üzərində keçirilib.

Sebastyan Fettel inamla poulu qazanıb, Mark Uebber ikinci olub – son illərin ən güclü komandası sıralanma turundakı sürətini bir daha sübut edib. İkinci cərgəni Lyuis Həmilton və Felipe Massa tutublar, maraqlıdır ki, hər iki sürücü komandada daha təcrübəli yoldaşlarını qabaqlayıblar: Fernando Alonso və Niko Rosberq üçüncü cərgəni zəbt ediblər.

Starta yarım saat qalmış məlum olub ki, Niko Hülkenberq yarışa çıxa bilməyəcək – onun maşınında yanacaq sisteminin problemləri üzə çıxıb və təhlükəsizlik baxımından komanda sürücüsünü yarışdan çıxarıb. Sıralanma turunda 107%-lik səddi aşa bilməyən Şarl Pik stüardların qərarı ilə yarışa buraxılıb.

Albert Parkda yarışın startına bir saat qalmış gün çıxıb, hava və asfalt dərhal qızıblar, amma üfiqdə buludlar peyda olublar – proqnoz yağışı istisna etməyib. Sutil, Rikkardo, Peres və Maldonadodan başqa bütün sürücülər starta SuperSoft-la çıxıblar.

Startda ciddi insident yaşanmayıb. Fettel poulun üstünlüyünü saxlayıb, Uebber isə KERS problemləri üzündən yer itirməli olub. Massa ikinci, Alonso üçüncü, Rəykkönen beşinci yerə yüksəliblər. Alonso komanda yoldaşına bir neçə hücum edib, amma Massa mövqeyini qoruyub. İkinci dövrədə Rəykkönen Həmiltonu keçib. 3-cü dövrədə ilk onluq: Fettel – Massa – Alonso – Rəykkönen – Həmilton – Rosberq – Uebber – di Resta – Batton – Sutil.

4-cü dövrədə Peres Qrojanı qabaqlayıb. 5-ci dövrədə isə mövsümün ilk pit-stopu gerçəkləşib – Batton yumşaq təkərlərini daha bərk təkərlərə dəyişib. 6-cı dövrədə Uebber, Qrojan və Qutyerres, 7-ci dövrədə Bottas və Çilton, 8-ci dövrədə Fettel təkərlərini dəyişiblər. Sebastyan Ferrari sürücülərindən çox uzaqlaşa bilməyib və ilk üçlükdən pit-leynə gedən birinci o olub.

9-cu dövrədə Massa və di Resta mexaniklərinə qonaq olublar – Felipe Sebastyanın arxasında trasa qayıdıb. 10-cu dövrədə Alonso və Rəykkönen sinxron pit-stop ediblər və trasa Massanın arxasında qayıdıblar. Mercedes AMG-nin sürücülər ilk pit-stoplarını ləngidiblər: Həmilton 14-cü, Rosberq isə 15-ci dövrədə boksa gediblər.

Adrian Sutil bərk təkərlərlə start aldığı üçün pitə getməyib və karyerasında ilk dəfə peletona başçılıq edib, bir saniyə ondan geridə isə Fettel, Massa, Alonso və Rəykkönen dördlüyü sıx hərəkət ediblər: heç bir sürücünün üstünlüyü kifayət qədər olmadığı üçün ötmələr də olmayıb. 18-ci dövrədə ilk onluq: Sutil – Fettel – Massa – Alonso – Rəykkönen – Həmilton – Rosberq – Batton – di Resta – Qrojan.

19-cu dövrədə Uebber ikinci pit-stoplar dalğasına start verib. 20-ci dövrədə Qrojan, 21-ci dövrədə Alonso və Batton, 22-ci dövrədə Fettel və Sutil boksa baş çəkiblər – hər iki almaniyalı sürücü trasa Alonsonun araxsında qayıdıb, növbəti dövrədə Sebastyan Adrianı keçib. Massa komanda yoldaşından sonra pitə getdiyi üçün mövqeyini itirib.

26-cı dövrədə Maldonado birinci döngədə maşını saxlaya bilməyib və yarışı dayandırıb. 27-ci dövrədə isə Rosberq 4-cü döngədə maşını saxlayıb.

29-cu dövrədə trasa bir neçə damcı düşsə də, yağış yağmayıb. 31-ci dövrədə Alonso Həmiltonu keçərək ikinciliyə yüksəlib və Lyuis ikinci pit-stopuna tələsib. 34-cü dövrədə di Resta, 35-ci dövrədə Rəykkönen sonuncu pitlərini reallaşdırıblar.

Alonso liderliyi ələ alıb və Fetteldən uzaqlaşmağa başlayıb. 37-ci dövrədə Massa üçüncü dəfə pit-stop edib, 38-ci dövrədə Fettel, Batton və Qrojan boksa giriblər. 39-cu dövrədə Uebber, 40-cı dövrədə Alonso yeni təkər dəsti alıblar. Fettel və Massa Həmiltonu qabaqlaya biliblər.

41-ci dövrədə Rikkardo maşınını boksda dayandırıb. 42-ci dövrədə Peres üçüncü dəfə pit-stopa yollanıb. Eyni dövrədə Uebber di Restanı keçərək səkkizinci yerə yüksəlib. 43-cü dövrədə Həmilton da üçüncü dəfə təkərini dəyişib, 47-ci dövrədə Sutil ikinci dəfə təkərlərini dəyişib. 48-ci dövrədə ilk onluq: Rəykkönen – Alonso – Fettel – Massa – Sutil – Həmilton – Uebber – di Resta – Batton – Qrojan.

51-ci dövrədə Həmilton Sutili keçərək 5-ci yerə yüksəlib, bir qədər sonra Uebber də almaniyalı sürücünü keçib.

Kimi Rəykkönen mövsümün ilk yarışında inamlı qələbə qazanıb – finlandiyalı sürücü karyerasının 20-ci qələbəsini son dövrədə sürətli dövrə ilə möhkəmlədib. Onunla birlikdə podiuma Alonso və Fettel qalxıblar – son 3 ilin çempionu liderə finişdə 22 saniyə uduzub: çempionatın gözlənilməz startı.

Artıq gələn həftə biz maraqlı mübarizənin davamını görəcəyik!

YerPilotKomandaMotorVaxt
01K.RəykkönenLotusRenault1.30:03.225
02F.AlonsoFerrariFerrari+ 0:12.451
03S.FettelRed BullRenault+ 0:22.346
04F.MassaFerrariFerrari+ 0:33.577
05L.HəmiltonMercedes AMGMercedes+ 0:45.561
06M.UebberRed BullRenault+ 0:46.800
07A.SutilForce İndiaMercedes+ 1:05.068
08P.di RestaForce İndiaMercedes+ 1:08.449
09C.BattonMcLarenMercedes+ 1:21.630
10R.QrojanLotusRenault+ 1:22.750
11S.PeresMcLarenMercedes+ 1:23.367
12J.E.VernToro RossoFerrari+ 1:23.857
13E.QutyerresSauberFerrari+ 1 dövrə
14V.BottasWilliamsRenault+ 1 dövrə
15J.ByankiMarussiaCosworth+ 1 dövrə
16Ş.PikCaterhamRenault+ 2 dövrə
17M.ÇiltonMarussiaCosworth+ 2 dövrə
18Q.van der QardeCaterhamRenault+ 2 dövrə
D.RikkardoToro RossoFerrari
N.RosberqMercedes AMGMercedes
P.MaldonadoWilliamsRenault
N.HülkenberqSauberFerrari

Sürətli dövrə:Kimi Rəykkönen (Lotus) – 1:29.274 (56-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01K.RəykkönenLotusRenault25
02F.AlonsoFerrariFerrari18
03S.FettelRed BullRenault15
04F.MassaFerrariFerrari12
05L.HəmiltonMercedes AMGMercedes10
06M.UebberRed BullRenault8
07A.SutilForce İndiaMercedes6
08P.di RestaForce İndiaMercedes4
09C.BattonMcLarenMercedes2
10R.QrojanLotusRenault1
11S.PeresMcLarenMercedes0
12J.E.VernToro RossoFerrari0
13E.QutyerresSauberFerrari0
14V.BottasWilliamsRenault0
15J.ByankiMarussiaCosworth0
16Ş.PikCaterhamRenault0
17M.ÇiltonMarussiaCosworth0
18Q.van der QardeCaterhamRenault0
19D.RikkardoToro RossoFerrari0
20N.RosberqMercedes AMGMercedes0
21P.MaldonadoWilliamsRenault0
22N.HülkenberqSauberFerrari0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01FerrariFerrari30
02LotusRenault26
03Red BullRenault23
04Mercedes AMGMercedes10
05Force İndiaMercedes10
06McLarenMercedes2
07Toro RossoFerrari0
08SauberFerrari0
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

Avstraliya Qran Prisi: Yarış

Avstraliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:45 - 19 Mart, 2012

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +30° C Mövsümlərarası fasilə başa çatıb. Bu gün 63-cü dünya çempionatının iştirakçıları […]

Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +30° C

Mövsümlərarası fasilə başa çatıb. Bu gün 63-cü dünya çempionatının iştirakçıları Avstraliya Qran Prisinin start düzlüyünə çıxıblar. Altı dünya çempionu və bu arzuda olan on səkkiz sürücü tarixin ən uzun mövsümünə start veriblər…

Hərçənd, start düzlüyünə hamı çıxa bilməyib – HRT sürücüləri sıralanma turunda 107%-lik səddi keçə bilmədikləri üçün yarışa buraxılmayıblar. Şənbə günü qüvvələr nisbəti maraqlı alınıb. İki dünya çempionu – Kimi Rəykkönen və Fernando Alonso sonuncu hissəyə keçə bilməyiblər – finlandiyalı sürücü birinci sessiyada səhvə yol verib, ispaniyalı sürücü isə çınqıllı sahədə ilişib qalıb.

Bukmeykerlərin favoriti Sebastyan Fettel yarışa altıncı yerdənq atılıb – almaniyalı sürücü hətta öz komanda yoldaşına da uduzub. Mixael Şumaher yarışa dördüncü yerdən başlayıb, McLaren-in iki dünya çempionu isə ilk cərgəni tutublar. Hamını Roman Qrojanın üçüncü yeri təəccübləndirib. Serxio Peres isə maşınında ötrümlərin qutusunun dəyişdirilməsi üzündən startda 5 yer itirməli olub.

Üç sürücü yarışın ilk hissəsinə Medium təkərlərinis eçib – Vern, Peres və Petrov, digər sürücülər isə Soft təkərlərlə start alıblar. Startda Batton Həmiltonu, Şumaher Qrojanı qabaqlayıb, Rosberq üç, Massa altı mövqe qazanıblar. Uebber uğursuz start alıb, Rikkardo və Hülkenberq onunla toqquşublar və Niko yarışı dayandırıb.

İkinci dövrədə Fettel Rosberqi keçərək dördüncülüyə yüksəlib, Qrojan Maldonado ilə təmasdan sonra çınqıllı sahəyə düşüb və asılqanı sındığı üçün mübarizdən kənar qalıb.

Səkkizinci dövrdə ilk onluq: Batton – Həmilton – Şumaher- Fettel – Rosberq – Alonso – Uebber – Massa – Maldonado – Peres (22-ci yerdən start almış sürücü).

10-cu dövrədə Maldonado Massanı keçib, 11-ci dövrədə Şumaherin maşınında ötürmələr qutusu sıradan çıxıb və Fettel üçüncülüyə yüksəlib.

12-ci dövrədə Massa mexaniklərinin qonağı olub. 13-cü dövrədə Rosberq, 14-cüdə Alonso, Kobayaşi və di Resta, 15-cidə Uebber və Kovalaynen, 16-cıda Maldonado, Fettel və Batton, 17-cidə Həmilton, 19-cuda Petrov, 20-cidə Rəykkönen və Vern, 21-cidə Qlok ilk pit-stoplarını gerçəkləşdiriblər.

İlk pit-stopundan sonra Lyuis Kimi və Serxionun arxasına düşüb, Kimi pitə girib, Serxionu keçmək isə vaxt aparıb – ikinci yerə qayıdan Lyuis komanda yoldaşına 11 saniyə uduzub. Serxio ilk və yeganə pit-stopunu 24-cü dövrədə reallaşdırıb.

25-ci dövrədə ilk onluq: Batton – Həmilton – Fettel – Alonso – Rosberq – Uebber – Maldonado – Massa – Rəykkönen – Kobayaşi.

27-ci dövrədə Rəykkönen keçmiş komanda yoldaşı Massanı keçib. Arxa təkərləri tam yeyilmiş braziliyalı sürücü növbəti dövrədə Vern və di Restanı da buraxıb və 29-cu dövrədə ikinci dəfə pit-stopa yollanıb. 32-ci dövrədə Rosberq, 34-cüdə di Resta, 35-cidə Alonso, 36-cıda Batton və Həmilton ikinci dəfə boksa baş çəkiblər.

37-ci dövrədə Petrov maşınını start düzlüyündə saxlayıb, trasa Təhlükəsizlik Maşını (TM) çıxıb və sürücülər sonuncu pit-stopa tələsiblər. Yarışın son hissəsi yenidən təzə təkərlərlə və az yanacaqla başlayıb.

TM-in arxasında ilk onluq: Batton – Fettel – Həmilton – Uebber – Alonso – Maldonado – Peres – Rosberq – Rəykkönen – Kobayaşi.

42-ci dövrədə restart verilib. Kobayaşi Rəykköneni, Rikkardo Sennanı keçib, Batton liderliyini qouryub və Fetteldən uzaqlaşmağa başlayıb – iki dövrədən sonra sürücüləri 3.8 saniyə ayırıb.

48-ci dövrədə Rikkardo Massaya hücum edib, Senna fürsətdən istifadə etməyə çalışıb və iki braziliyalı arasında təmas yaşanıb – Felipenin maşınında asılqan sınıb, Bruno isə bir dövrə vurduqdan sonra boksda dayanıb.

Sonuncu dövrədə Maldonado qəzaya uğrayıb – səkkizinci döngədə maşın porebrik üzərinə çıxıb və Pastor baryerə çırpılıb.

Batton inamla yarışı qələbə ilə başa vurub – son dörd ildə Melburnda üçüncü və karyerasında 13-cü qələbə.

Son dövrə hadisələrlə zəngin olub – yeddinci yer uğrunda mübarizədə Peres Rosberqə hücum edib, maşınlar toqquşublar və hər iki maşının sürəti aşağı düşüb – Kamui və Kimi hər iki sürücünü keçiblər. Peres yarışı 8-ci yerdə başa vura bilib, Rosberq isə 12-ci olub. Rikkardo və di Resta ilk onluğu tamamlayıblar.

YerPilotKomandaMotorVaxt
01C.BattonMcLarenMercedes1.34:09.565
02S.FettelRed BullRenault+ 0:02.139
03L.HəmiltonMcLarenMercedes+ 0:04.075
04M.UebberRed BullRenault+ 0:04.547
05F.AlonsoFerrariFerrari+ 0:21.565
06K.KobayaşiSauberFerrari+ 0:36.766
07K.RəykkönenLotusRenault+ 0:38.014
08S.PeresSauberFerrari+ 0:39.458
09D.RikkardoToro RossoFerrari+ 0:39.556
10P.di RestaForce İndiaMercedes+ 0:39.737
11J.E.VernToro RossoFerrari+ 0:39.848
12N.RosberqMercedes AMGMercedes+ 0:57.642
13P.MaldonadoWilliamsRenault+ 1 dövrə
14T.QlokMarussiaCosworth+ 1 dövrə
15Ş.PikMarussiaCosworth+ 5 dövrə
16B.SennaWilliamsRenault+ 6 dövrə
F.MassaFerrariFerrari
H.KovalaynenCaterhamRenault
V.PetrovCaterhamRenault
M.ŞumaherMercedes AMGMercedes
R.QrojanLotusRenault
N.HülkenberqForce İndiaMercedes
P.de la RosaHRTCosworth
N.KartikeyanHRTCosworth

Sürətli dövrə: Censon Batton (McLaren) – 1:29.187 (56-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01C.BattonMcLarenMercedes25
02S.FettelRed BullRenault18
03L.HəmiltonMcLarenMercedes15
04M.UebberRed BullRenault12
05F.AlonsoFerrariFerrari10
06K.KobayaşiSauberFerrari8
07K.RəykkönenLotusRenault6
08S.PeresSauberFerrari4
09D.RikkardoToro RossoFerrari2
10P.di RestaForce İndiaMercedes1
11J.E.VernToro RossoFerrari0
12N.RosberqMercedes AMGMercedes0
13P.MaldonadoWilliamsRenault0
14T.QlokMarussiaCosworth0
15Ş.PikMarussiaCosworth0
16B.SennaWilliamsRenault0
17F.MassaFerrariFerrari0
18H.KovalaynenCaterhamRenault0
19V.PetrovCaterhamRenault0
20M.ŞumaherMercedes AMGMercedes0
21R.QrojanLotusRenault0
22N.HülkenberqForce İndiaMercedes0
23P.de la RosaHRTCosworth0
24N.KartikeyanHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01McLarenMercedes40
02Red BullRenault30
03SauberFerrari12
04FerrariFerrari10
05LotusRenault6
06Toro RossoFerrari2
07Force İndiaMercedes1
08Mercedes AMGMercedes0
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Avstraliya Qran Prisi: Yarış

Avstraliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:03 - 27 Mart, 2011

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C Mövsümün ilk Qran Prisinın sıralanma turu yeni maşınların sürətlərini ilkin […]

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C

Mövsümün ilk Qran Prisinın sıralanma turu yeni maşınların sürətlərini ilkin qiymətləndirməyə imkan verdi, amma startdan əvvəl məchulların sayı olduqca çox idi – komandalar testlərdə yarışı imitasiya etmişdilər, amma heç kim bilmirdi ki, Melburnda nə qədər pit-stop etmək lazım gələcək və Pirelli təkəri uzun məsafədə özünü necə aparacaq.

Sürücülərin düzümü də maraqlı idi. Sebastyan Fettel poul qazanmışdı, amma ilk beşlikdə dörd dünya çempionu start alırdı və onlardan hər biri mövsümə maksimum nəticə ilə başlamaq istəyirdi.

Startda ilk üçlük mövqeyini qoruyub saxlaya bilib, Petrov dördüncü yerə yüksəlib, Alonso isə doqquzuncu yerə düşüb. Şumaher, Algersuari və Barrikello təmasdan qurtula bilmyəiblər, Rubens çınqıllığa düşüb, Xayme və Mixael isə boksa getməli olublar.

Fettel peletondan sürətlə uzaqlaşıb, arxada yalnız Batton Massa ilə beşinci yer uğrunda mübarizə aparıb. 12-ci dövrədə britaniyalı sürücü şikananı kəsərək irəli çıxıb, amma qaydalara uyğun olaraq, Massanı irəli buraxmaq əvəzinə, sürətlə uzaqlaşmağa başlayıb. Bir qədər sonra isə Alonso da komanda yoldaşını üstələyib. Bir neçə dövrədən sonra isə stüardlar Battonu pit-leyndən keçməklə cərimə ediblər.

12-ci dövrədə Mark Uebber planlı ilk pit-stopunu reallaşdırıb, ondan bir dövrə sonra Alonso və daha bir dövrə sonra Massa Ferrari mexaniklərinin qonağı olublar. Fettelin maşınında təkər yeyildiyindən sürəti aşağı düşüb və Həmilton fərqi azaltmağa başlayıb. Fettel təkərlərini yenilədikdən sonra Battonun arxasına düşüb, amma tezliklə britaniyalı sürücünü xarici radiusla keçərək RB7-nin yavaş döngələrdə nə qədər sürətli olmasını göstərib. 16-cı dövrədə Həmilton və Petrov da ilk pit-stoplarını gerçəkləşdiriblər.

23-cü dövrədə Mixael Şumaher yarışı dayandırıb, Barrikello və Rosberq 8-ci yer uğrunda mübarizədə toqquşublar və Niko yarışdan kənar qalıb – Mercedes GP mövsümün ilk yarışında tam uğrsuzluğa uğrayıb. Stüardlar insidentdə Rubensi günahkar hesab ediblər və braziliyalı sürücü də pit-leyndən keçməklə cərimə olunub.

27-ci dövrədə Uebber yenə də ikinci pit-stoplar dalğasına start verib, bir dövrə sonra Alonso təkərlərini dəyişib, Massa isə 32-ci dövrədə pit-stopa baş çəkib. Fettel, Həmilton və Petrov 35-ci dövrədə, Batton və Sutil isə 38-ci dövrədə sonuncu dəfə təkər dəyişiblər.

42-ci dövrədə Uebber üçüncü və sonuncu dəfə təkərləri dəyişib, bir dövrə sonra isə Alonso da eyni addımı atıb – ispaniyalı sürücü Markın önündə trasa qayıdıb. Sürücülər dördüncü yer uğrunda mübarizəyə giriblər, amma Mark KERS-dən istifadə etməyib, Fernando isə düz yolda sürətli olub.

48-ci dövrədə Batton altıncı yer uğrunda Massanı qabaqlayıb, bundan sonra Felipe sonuncu pit-stopunu reallaşdırıb. 10-cu yerdə trasa qayıdan braziliyalı sürücü bir neçə dövrədən sonra Sebastyen Buemini qabaqlayaraq doqquzuncu olub.

Sebastyan Fettel karyerasında 11-ci qələbəsini qazanaraq yeni mövsümə qələbə ilə başlayıb. Lyuis Həmilton finişdə ikinci olub, Vitaliy Petrov isə karyerasında birinci podiumunu qazanıb.

İlk üçlük yarışı iki pit-stopla keçirib, Serxio Peres isə cəmi bircə dəfə təkərini dəyişib – Pirelli heç də gözlənildiyi kimi pis təsir bağışlamayıb…

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.29:30.259
02L.HəmiltonMcLarenMercede+ 0:22.297
03V.PetrovLotus Renault GPRenault+ 0:30.560
04F.AlonsoFerrariFerrari+ 0:31.772
05M.UebberRed BullRenault+ 0:38.171
06C.BattonMcLarenMercedes+ 0:54.300
07F.MassaFerrariFerrari+ 1:25.100
08S.BuemiToro RossoFerrari+ 1 dövrə
09A.SutilForce İndiaMercedes+ 1 dövrə
10P.di RestaForce İndiaMercedes+ 1 dövrə
11X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
12N.HaydfeldLotus Renault GPRenault+ 1 dövrə
13Y.TrulliTeam LotusRenault+ 2 dövrə
14J.D’AmbrozioMarussia VirginCosworth+ 4 dövrə
15S.PeresSauberFerraridiskval
16K.KobayaşiSauberFerraridiskval
T.QlokMarussia VirginCosworth
R.BarrikelloWilliamsCosworth
N.RosberqMercedes GPMercedes
H.KovalaynenTeam LotusRenault
M.ŞumaherMercedes GPMercedes
P.MaldonadoWilliamsCoswort
V.LiutsiHispaniaCosworth
N.KartikeyanHispaniaCosworth

Sürətli dövrə: Felipe Massa (Ferrari) – 1:28.947 (55-ci dövrə).

Qeyd: V.Liutsi və N.Kartikeyan sıralanma turunda 107% həddini keçə bilmədikləri üçün yarışda start almayıblar.

Sauber sürücüləri yarışdan sonra diskvalifikasya olunublar.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault25
02L.HəmiltonMcLarenMercede18
03V.PetrovLotus Renault GPRenault15
04F.AlonsoFerrariFerrari12
05M.UebberRed BullRenault10
06C.BattonMcLarenMercedes8
07F.MassaFerrariFerrari6
08S.BuemiToro RossoFerrari4
09A.SutilForce İndiaMercedes2
10P.di RestaForce İndiaMercedes1
11X.AlgersuariToro RossoFerrari0
12N.HaydfeldLotus Renault GPRenault0
13Y.TrulliTeam LotusRenault0
14J.D’AmbrozioMarussia VirginCosworth0
15S.PeresSauberFerrari0
16K.KobayaşiSauberFerrari0
17T.QlokMarussia VirginCosworth0
18R.BarrikelloWilliamsCosworth0
19N.RosberqMercedes GPMercedes0
20H.KovalaynenTeam LotusRenault0
21M.ŞumaherMercedes GPMercedes0
22P.MaldonadoWilliamsCoswort0
23V.LiutsiHispaniaCosworth0
24N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault35
02McLarenMercedes26
03FerrariFerrari18
04Lotus Renault GPRenault15
05Toro RossoFerrari4
06Force İndiaMercedes3
07SauberFerrari0
08Team LotusRenault0
09Marussia VirginRenault0
10WilliamsCosworth0
11Mercedes GPMercedes0
12HispaniaCosworth0

Avstraliya Qran Prisi: Yarış

Avstraliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:03 - 27 Mart, 2011

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C Mövsümün ilk Qran Prisinın sıralanma turu yeni maşınların sürətlərini ilkin […]

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C

Mövsümün ilk Qran Prisinın sıralanma turu yeni maşınların sürətlərini ilkin qiymətləndirməyə imkan verdi, amma startdan əvvəl məchulların sayı olduqca çox idi – komandalar testlərdə yarışı imitasiya etmişdilər, amma heç kim bilmirdi ki, Melburnda nə qədər pit-stop etmək lazım gələcək və Pirelli təkəri uzun məsafədə özünü necə aparacaq.

Sürücülərin düzümü də maraqlı idi. Sebastyan Fettel poul qazanmışdı, amma ilk beşlikdə dörd dünya çempionu start alırdı və onlardan hər biri mövsümə maksimum nəticə ilə başlamaq istəyirdi.

Startda ilk üçlük mövqeyini qoruyub saxlaya bilib, Petrov dördüncü yerə yüksəlib, Alonso isə doqquzuncu yerə düşüb. Şumaher, Algersuari və Barrikello təmasdan qurtula bilmyəiblər, Rubens çınqıllığa düşüb, Xayme və Mixael isə boksa getməli olublar.

Fettel peletondan sürətlə uzaqlaşıb, arxada yalnız Batton Massa ilə beşinci yer uğrunda mübarizə aparıb. 12-ci dövrədə britaniyalı sürücü şikananı kəsərək irəli çıxıb, amma qaydalara uyğun olaraq, Massanı irəli buraxmaq əvəzinə, sürətlə uzaqlaşmağa başlayıb. Bir qədər sonra isə Alonso da komanda yoldaşını üstələyib. Bir neçə dövrədən sonra isə stüardlar Battonu pit-leyndən keçməklə cərimə ediblər.

12-ci dövrədə Mark Uebber planlı ilk pit-stopunu reallaşdırıb, ondan bir dövrə sonra Alonso və daha bir dövrə sonra Massa Ferrari mexaniklərinin qonağı olublar. Fettelin maşınında təkər yeyildiyindən sürəti aşağı düşüb və Həmilton fərqi azaltmağa başlayıb. Fettel təkərlərini yenilədikdən sonra Battonun arxasına düşüb, amma tezliklə britaniyalı sürücünü xarici radiusla keçərək RB7-nin yavaş döngələrdə nə qədər sürətli olmasını göstərib. 16-cı dövrədə Həmilton və Petrov da ilk pit-stoplarını gerçəkləşdiriblər.

23-cü dövrədə Mixael Şumaher yarışı dayandırıb, Barrikello və Rosberq 8-ci yer uğrunda mübarizədə toqquşublar və Niko yarışdan kənar qalıb – Mercedes GP mövsümün ilk yarışında tam uğrsuzluğa uğrayıb. Stüardlar insidentdə Rubensi günahkar hesab ediblər və braziliyalı sürücü də pit-leyndən keçməklə cərimə olunub.

27-ci dövrədə Uebber yenə də ikinci pit-stoplar dalğasına start verib, bir dövrə sonra Alonso təkərlərini dəyişib, Massa isə 32-ci dövrədə pit-stopa baş çəkib. Fettel, Həmilton və Petrov 35-ci dövrədə, Batton və Sutil isə 38-ci dövrədə sonuncu dəfə təkər dəyişiblər.

42-ci dövrədə Uebber üçüncü və sonuncu dəfə təkərləri dəyişib, bir dövrə sonra isə Alonso da eyni addımı atıb – ispaniyalı sürücü Markın önündə trasa qayıdıb. Sürücülər dördüncü yer uğrunda mübarizəyə giriblər, amma Mark KERS-dən istifadə etməyib, Fernando isə düz yolda sürətli olub.

48-ci dövrədə Batton altıncı yer uğrunda Massanı qabaqlayıb, bundan sonra Felipe sonuncu pit-stopunu reallaşdırıb. 10-cu yerdə trasa qayıdan braziliyalı sürücü bir neçə dövrədən sonra Sebastyen Buemini qabaqlayaraq doqquzuncu olub.

Sebastyan Fettel karyerasında 11-ci qələbəsini qazanaraq yeni mövsümə qələbə ilə başlayıb. Lyuis Həmilton finişdə ikinci olub, Vitaliy Petrov isə karyerasında birinci podiumunu qazanıb.

İlk üçlük yarışı iki pit-stopla keçirib, Serxio Peres isə cəmi bircə dəfə təkərini dəyişib – Pirelli heç də gözlənildiyi kimi pis təsir bağışlamayıb…

Quru. Günəşli. Havanın temperaturu +17° C, trasın temperaturu +23° C

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.29:30.259
02L.HəmiltonMcLarenMercede+ 0:22.297
03V.PetrovLotus Renault GPRenault+ 0:30.560
04F.AlonsoFerrariFerrari+ 0:31.772
05M.UebberRed BullRenault+ 0:38.171
06C.BattonMcLarenMercedes+ 0:54.300
07F.MassaFerrariFerrari+ 1:25.100
08S.BuemiToro RossoFerrari+ 1 dövrə
09A.SutilForce İndiaMercedes+ 1 dövrə
10P.di RestaForce İndiaMercedes+ 1 dövrə
11X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
12N.HaydfeldLotus Renault GPRenault+ 1 dövrə
13Y.TrulliTeam LotusRenault+ 2 dövrə
14J.D’AmbrozioMarussia VirginCosworth+ 4 dövrə
15S.PeresSauberFerraridiskval
16K.KobayaşiSauberFerraridiskval
T.QlokMarussia VirginCosworth
R.BarrikelloWilliamsCosworth
N.RosberqMercedes GPMercedes
H.KovalaynenTeam LotusRenault
M.ŞumaherMercedes GPMercedes
P.MaldonadoWilliamsCoswort
V.LiutsiHispaniaCosworth
N.KartikeyanHispaniaCosworth

Sürətli dövrə: Felipe Massa (Ferrari) – 1:28.947 (55-ci dövrə).

Qeyd: V.Liutsi və N.Kartikeyan sıralanma turunda 107% həddini keçə bilmədikləri üçün yarışda start almayıblar.

Sauber sürücüləri yarışdan sonra diskvalifikasya olunublar.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault25
02L.HəmiltonMcLarenMercede18
03V.PetrovLotus Renault GPRenault15
04F.AlonsoFerrariFerrari12
05M.UebberRed BullRenault10
06C.BattonMcLarenMercedes8
07F.MassaFerrariFerrari6
08S.BuemiToro RossoFerrari4
09A.SutilForce İndiaMercedes2
10P.di RestaForce İndiaMercedes1
11X.AlgersuariToro RossoFerrari0
12N.HaydfeldLotus Renault GPRenault0
13Y.TrulliTeam LotusRenault0
14J.D’AmbrozioMarussia VirginCosworth0
15S.PeresSauberFerrari0
16K.KobayaşiSauberFerrari0
17T.QlokMarussia VirginCosworth0
18R.BarrikelloWilliamsCosworth0
19N.RosberqMercedes GPMercedes0
20H.KovalaynenTeam LotusRenault0
21M.ŞumaherMercedes GPMercedes0
22P.MaldonadoWilliamsCoswort0
23V.LiutsiHispaniaCosworth0
24N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault35
02McLarenMercedes26
03FerrariFerrari18
04Lotus Renault GPRenault15
05Toro RossoFerrari4
06Force İndiaMercedes3
07SauberFerrari0
08Team LotusRenault0
09Marussia VirginRenault0
10WilliamsCosworth0
11Mercedes GPMercedes0
12HispaniaCosworth0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 207
Teqlər , , , , , , ,
Paylaş

logo