Avstraliya Qran Prisi protestlərdən başlayacq?

Williams, Toyota və Brawn GP komandalarının hazırladıqları yeni maşınların diffuzorlarının mübahisəli konstruksiyası mövsümün ilk yarışında protestlər yağışına səbəb ola bilər. […]

Williams, Toyota və Brawn GP komandalarının hazırladıqları yeni maşınların diffuzorlarının mübahisəli konstruksiyası mövsümün ilk yarışında protestlər yağışına səbəb ola bilər. Hər üç komandanın mühəndisləri texniki relqmentin özlərinə uyğun yozumunu tapıblar və onların maşınları testlərdə olduqca sürətli idi, amma bu həftə iki komanda FİA-ya diffuzorların konstruksiyasında qanun pozuntusu olması barədə sübutlar təqdim edib.

FİA nümayəndələri qışda bu konstruksiyalarda qanun pozuntusu görmədiklərini bildirmişdilər və bu konstruksiyaları məxsusi adlandırmışdılar, amma onlar diffuzorların eskizlərinə əsasən bunu söyləmişdilər, ilk texniki baxış isə yalnız Melburnda baş tutacaq. Mübahisələrə səbəb isə Williams, Toyota və Brawn GP-nin diffuzorlarının həqiqətən maşının aerodinamik effektliyini artırmasındadır, amma əgər bu diffuzorlar qanuni hesab olunarsa, dərhal digər maşınlara bu konstruksiyanı tətbiq etmək alınmayacaq – maşının konstruksiyasında bir çox elementləri, xüsusən də ötürmələr qutusunun köməkçi elmentlərinin yerləşməsini və bərkidilməsini dəyişmək lazım gələcək.

Bəs əgər bu üç komandanın diffuzorları qanunsuz elan olunarsa, hansı mərhələdən başlayaraq onlar qadağan olunacaq və həmin yarışa qədər keçirilmiş mərhələlərin nəticəsi necə olacaq? Daily Telegraph qəzetinə müsahibəsində vəziyyəti FİA prezidenti Maks Mosli şərh edib…

Maks Mosli: “Bu çox ağıllı konstruksiyadır, iki əks tərəf üçün idealdır – diffuzorların reqlamentə uyğun gəlməsini sübut etmək olar, eyni zamanda uyğun gəlməməsini də sübut etmək olar. Hər şey nöqteyi nəzərdən asılıdır.

Hazırda bu elementin əleyhdarları öz mövqelərini onunla arqumentləşdiriblər ki, diffuzorlar reqlamentin konkret bəndlərinə uyğun deyil. Əgər mövsümün ilk yarışına bir az çox müddət qalsa idi, mən FİA-nın Apelyasiya Məhkəməsinə müraciət edərdim, amma artıq gecdir, həm də bu ədalətsizlik olardı. Mənə elə gəlir maşınların reqlamentə uyğun gəlib-gəlməməsinin aktiv müzakirəsi Melburnda başlaycaq.

Hadisələrin inkişafının bir variantı – komandalar konstruksiyaların qeyri-qanuni olması ilə razılaşacaqlar və bu elementlərdən Barselonadan başlayaraq istifadə etməyəcəklər. Onda diffuzorları qanuni hesab edənlər etiraz edəcəklər, digərləri isə rəqiblərin ilk yarışlarda üstünlüklərini ləğv etməyi tələb edəcəklər. Çox güman ki, stüardlar şikayətləri qəbul edəcəklər, onların həlli isə Apelyasiya Məhkəməsində olacaq.

Mən bu məsələdə neytral mövqedəyəm və başa düşürəm ki, vəziyyət istənilən senari üzrə cərəyan edə bilər, amma tərəflərdən biri yaxşı-yaxşı düşünməlidir. Xoşbəxtlikdən, bu artıq mənim problemim deyil.”

Britaniyalı jurnalistlər hesab edirlər ki, diffuzorların qanuniliyi məsələsində FİA-nın mövqeyi Formula1 komandaları assosiasiyasının (FOTA) cərgələrini dağıtmaq üçün alətdir. Məsələ bundadır ki, Toyota-nın başçısı Con Hauett FOTA-nın vitse-prezidentidir, Brawn GP-nin sahibi Ross Braun isə FOTA-nın texniki işçi qrupuna başçılıq edir. Hər iki komanda isə diffuzorun mübahisəli versiyasından istifadə edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*