24 Sentyabr 2017, Bazar - 09:12

Avstraliya Qran Prisi: Pirelli – Medium və Soft

Avstraliya Qran Prisi: Pirelli – Medium və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:57 - 12 Mart, 2014

Bu il Pirelli şirkəti Avstraliya Qran Prisi üçün təkər seçiminə konservativ yanaşıb və “orta qonşu” tərkibləri gətirib, amma builki təkərlər […]

Bu il Pirelli şirkəti Avstraliya Qran Prisi üçün təkər seçiminə konservativ yanaşıb və “orta qonşu” tərkibləri gətirib, amma builki təkərlər keçən illə müqayisədə xeyli bərkiyib. Şirkət rəsmiləri keçən il olduğu kimi yarışın gedişində 2 və ya 3 pit-stop gözləyirlər. Xatırladaq ki, keçən il yarışın qalibi Kimi Rəykkönen rəqiblərinə nisbətən 1 pit-stop az keçirmişdi…

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Formula1-i bu il ciddi reqlament dəyişiklikləri gözləyir və biz müasir Formula1 erasına qədəm qoyuruq. Ona görə də yeni təkərləri builki maşınların dinamikasını nəzərə almaqla hazırlamışıq. Mövsümöncəsi testlərdə biz gördük ki, yeni qaydalar bütün komandalar üçün ciddi çağırışa çevrilib, amma keçən il və bu qış biz əlimizdən gələni etdik ki, yeni nəsil maşınlar üçün daha az yeyilən, daha effektiv olan təkərlər hazırlayaq.

Biz yenə də iki və ya üç pit-stop gözləyirik, amma bu barədə ilkin proqnoz sərbəst yürüşlərdən sonra söyləmək olacaq. Mövsümün ilk yarışı həmişə maraqlı və gözlənilməz alınır, xüsusən də bu il belə olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər , , , , , ,
Paylaş

logo