21 Sentyabr 2017, Cümə axşamı - 12:36

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:09 - 15 Mart, 2014

Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +33°-34° C Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb, komandalar peyda olmuş problemləri həll […]

Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +33°-34° C

Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb, komandalar peyda olmuş problemləri həll ediblər və ənənəvi proqram üzrə işə başlayıblar: maşının sazlanması və uzun məsafədə hər iki təkər tərkibinin effektliyinin qiymətləndirilməsi.

Lotus və Caterham səhər baş verən problemlərin aradan qaldırılması ilə məşğul olublar – bir problemin həlli digər problemi üzə çıxarıb, amma Red Bull və Toro Rosso komandalarında Renault-nun güc qurğusu normal çalışıb – mövsümöncəsi testlərlə müqayisədə motor ustaları ciddi inkişaf ediblər.

Əlbəttə, sessiya səhvsiz ötüşməyib – yeni brake-by-wire əyləc sistemi hələ də problemlər yaradır. Sessiyanın sonunda Qrojanın Lotusu baryerlərə çırpılaraq sınmış asılqanla təhlükəsizlik zolağına çıxıb. 10-cu döngənin çınqıllı təsləsinə isə Hülkenberq düşüb.

Ümumiyyətlə, sessiya sakit keçib, demək olar ki, hamı 30 dövrədən çox məsafə qət ediblər. Protokollara isə Mervedes AMG sürücüləri başçılıq ediblər – yalnız onlar 90 saniyədən sürətli olublar…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:29.62537
02N.RosberqMercedes AMGMercedes1:29.782+ 0.15731
03F.AlonsoFerrariFerrari1:30.132+ 0.50728
04S.FettelRed BullRenault1:30.381+ 0.75640
05C.BattonMcLarenMercedes1:30.510+ 0.88533
06D.RikkardoRed BullRenault1:30.538+ 0.91338
07K.RəykkönenFerrariFerrari1:30.898+ 1.27332
08V.BottasWilliamsMercedes1:30.920+ 1.29538
09K.MaqnussenMcLarenMercedes1:31.031+ 1.40634
10N.HülkenberqForce İndiaMercedes1:31.054+ 1.42933
11J.E.VernToro RossoRenault1:31.060+ 1.43535
12F.MassaWilliamsMercedes1:31.119+ 1.49431
13S.PeresForce İndiaMercedes1:31.283+ 1.65836
14A.SutilSauberFerrari1:32.355+ 2.73036
15E.QutyerresSauberFerrari1:32.468+ 2.84326
16D.KvyatToro RossoRenault1:32.495+ 2.87036
17J.ByankiMarussiaFerrari1:33.486+ 3.86129
18R.QrojanLotusRenault1:33.646+ 4.02112
19M.ÇiltonMarussiaFerrari1:34.757+ 5.13229
20M.EriksonCaterhamRenault1
21P.MaldonadoLotusRenault
22K.KobayaşiCaterhamRenault

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:35 - 02 Aprel, 2013

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +32°-37° C Fasilədən sonra sürücülər sazlanma axtarışını davam etdiriblər və uzun məsafədə […]

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +32°-37° C

Fasilədən sonra sürücülər sazlanma axtarışını davam etdiriblər və uzun məsafədə yeni Pirelli təkərlərinin hər iki tərkibinin effektliyini müqayisə ediblər. SuperSoft tərkibi ilə komandalar mövsümöncəsi testlərdə işləyə bilməmişdilər, ona görə də komandalar məlumat toplamaqla məşğul olublar.

Sessiya sakit keçib, amma kiçik insidnetlər baş verib: əvvəlcə Qido van der Qarde çınqıllı tələyə düşüb, daha sonra isə mexnaiki nasazlıqlar üzündən Lyuis Həmilton dayanıb, bir neçə dəqiqə sonra Niko Rosberqin maşınında ötürmələr qutusunda problemlər üzə çıxıb. Mark Uebber porebrikə hücum zamanı yerində fırlanmalı olub.

Birinci sessiyada olduğu kimi protokollara Sebastyan Fettel başçılıq edib – 1:25.908, amma bu dəfə nəticələr sıx alınıb və ilk 8 sürücü 1 saniyəyə yerləşib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:25.90833
02M.UebberRed BullRenault1:26.172+ 0.26431
03N.RosberqMercedes AMGMercedes1:26.322+ 0.41426
04K.RəykkönenLotusRenault1:26.361+ 0.45337
05R.QrojanLotusRenault1:26.680+ 0.77230
06F.AlonsoFerrariFerrari1:26.748+ 0.84035
07L.HəmiltonMercedes AMGMercedes1:26.772+ 0.86428
08F.MassaFerrariFerrari1:26.855+ 0.94732
09A.SutilForce İndiaMercedes1:27.435+ 1.52734
10N.HülkenberqSauberFerrari1:28.187+ 2.27934
11C.BattonMcLarenMercedes1:28.294+ 2.38630
12P.di RestaForce İndiaMercedes1:28.311+ 2.40337
13S.PeresMcLarenMercedes1:28.566+ 2.65832
14D.RikkardoToro RossoFerrari1:28.627+ 2.71931
15E.QutyerresSauberFerrari1:28.772+ 2.86433
16P.MaldonadoWilliamsRenault1:28.852+ 2.94436
17J.E.VernToro RossoFerrari1:28.968+ 3.06035
18V.BottasWilliamsRenault1:29.386+ 3.47838
19J.ByankiMarussiaCosworth1:29.696+ 3.78830
20Ş.PikCaterhamRenault1:30.165+ 4.25737
21M.ÇiltonMarussiaCosworth1:30.600+ 4.69234
22Q.van der QardeCaterhamRenault1:32.450+ 6.54211

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:14 - 17 Mart, 2012

Sessiyanın əvvəlində yağış, qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +21° C İkinci sessiya yağış altında başlayıb, […]

Sessiyanın əvvəlində yağış, qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +21° C

İkinci sessiya yağış altında başlayıb, ilk dəqiqələrdə bir çox sürücü trasdan çıxsa da, ciddi insident yaşanmayıb. Sürücülər yağış təkərlərlə işə başlayıblar, yarım saatdan sonra isə keçid təkərlərdən istifadə etməyə başlayıblar, sessiyanın sonunda isə tras kifayət qədər quruduğu üçün sliklərə keçiblər.

Səhər Pedro de la Rosa trasa çıxa bilməmişdi, bu dəfə ispaniyalı sürücü cəmi bir dövrə vurub və maşını yenidən mexaniklərin ixtiyarına verib.

Son 20 dəqiqədə trasa HRT sürücülərindən başqa hamı çıxıb və sliklərlə protokollarda ilk sətirdə bir-birini əvəz etməyə başlayıblar. Sonda protokollara Mixael Şumaher başçılıq edib.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.ŞumaherMercedes AMGMercedes1:29.18316
02N.HülkenberqForce İndiaMercedes1:29.292+ 0.10919
03S.PeresSauberFerrari1:30.199+ 1.01623
04F.AlonsoFerrariFerrari1:30.341+ 1.15813
05K.KobayaşiSauberFerrari1:30.709+ 1.52614
06P.di RestaForce İndiaMercedes1:31.466+ 2.28313
07F.MassaFerrariFerrari1:31.505+ 2.32214
08H.KovalaynenCaterhamRenault1:31.932+ 2.74916
09N.RosberqMercedes AMGMercedes1:32.184+ 3.00117
10S.FettelRed BullRenault1:32.194+ 3.01119
11M.UebberRed BullRenault1:32.296+ 3.11320
12T.QlokMarussiaCosworth1:32.632+ 3.44917
13V.PetrovCaterhamRenault1:32.767+ 3.58415
14R.QrojanLotusRenault1:32.822+ 3.63911
15C.BattonMcLarenMercedes1:33.039+ 3.85618
16L.HəmiltonMcLarenMercedes1:33.252+ 4.06911
17P.MaldonadoWilliamsRenault1:34.108+ 4.92521
18K.RəykkönenLotusRenault1:34.275+ 5.0927
19B.SennaWilliamsRenault1:34.312+ 5.12917
20J.E.VernToro RossoFerrari1:34.485+ 5.30229
21D.RikkardoToro RossoFerrari1:34.604+ 5.42131
22Ş.PikMarussiaCosworth1:34.770+ 5.58713
23N.KartikeyanHispaniaCosworth1:42.627+ 13.44416
24P.de la RosaHispaniaCosworth1

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:45 - 25 Mart, 2011

Əvvəl quru, sessiyanın sonunda yağış. Buludlu. Havanın temperaturu +15° C, trasın temperaturu +20° C Birinci sessiya ilə müqayisədə asfaltın vəziyyəti […]

Əvvəl quru, sessiyanın sonunda yağış. Buludlu. Havanın temperaturu +15° C, trasın temperaturu +20° C

Birinci sessiya ilə müqayisədə asfaltın vəziyyəti yaxşılaşıb, ona görə də sürətlər artıb – sürücülərin göstərdikləri nəticələr keçənilki nəticələrə yaxındır, amma nəzərə almaq lazımdır ki, maşınlarda ikiqat diffuzor yoxdur və yeni Pirelli təkərləri taxılıb.

Sürücülərin çoxu trasdan çıxaraq çınqıllığa səyahət ediblər, amma ciddi insident baş verməyib.

Hispania komandasının yeni F111 maşını debüt edib – Vitantonio Liutsi sessiyanın sonunda bir dövrə vuraraq boksa qayıdıb.

Sessiyanın sonunda isə yağış başlayıb. Protokollara Censon Batton başçılıq edib, britaniyalı sürücü yumşaq təkərlər və az yanacaqla çox sürətli olub.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01C.BattonMcLarenMercedes1:25.85432
02L.HəmiltonMcLarenMercedes1:25.986+ 0.13231
03F.AlonsoFerrariFerrari1:26.001+ 0.14728
04S.FettelRed BullRenault1:26.014+ 0.16035
05M.UebberRed BullRenault1:26.283+ 0.42933
06M.ŞumaherMercedes GPMercedes1:26.590+ 0.73631
07F.MassaFerrariFerrari1:26.789+ 0.93534
08S.PeresSauberFerrari1:27.101+ 1.24739
09R.BarrikelloWilliamsCosworth1:27.280+ 1.42634
10N.RosberqMercedes GPMercedes1:27.448+ 1.59423
11X.AlgersuariToro RossoFerrari1:27.525+ 1.67131
12V.PetrovLotus Renault GPRenault1:27.528+ 1.67429
13N.HaydfeldLotus Renault GPRenault1:27.536+ 1.68222
14S.BuemiToro RossoFerrari1:27.697+ 1.84330
15K.KobayaşiSauberFerrari1:28.095+ 2.24135
16P.di RestaForce İndiaMercedes1:28.376+ 2.52233
17A.SutilForce İndiaMercedes1:28.583+ 2.72931
18P.MaldonadoWilliamsCosworth1:29.386+ 3.53229
19H.KovalaynenTeam LotusRenault1:30.829+ 4.97522
20Y.TrulliTeam LotusRenault1:30.912+ 5.05823
21J.D’AmbrozioMarussia VirginCosworth1:32.106+ 6.25236
22T.QlokMarussia VirginCosworth1:32.135+ 6.28130
23V.LiutsiHispaniaCosworth1
24N.KartikeyanHispaniaCosworth

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 212
Teqlər , , , , ,
Paylaş

logo