21 Sentyabr 2017, Cümə axşamı - 05:37

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:46 - 15 Mart, 2014

Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +32°-36° C Bu il komandaların ixtiyarıma əlavə təkər dəsti verilib – bu […]

Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +32°-36° C

Bu il komandaların ixtiyarıma əlavə təkər dəsti verilib – bu dəstlə komandalar birinci sərbəst yürüşlərin ilk yarım saatında işləyə bilərlər, ona görə də sessiya çox aktiv başlayıb. Amma artıq elə birinci dövrəsindəcə Lyuis Həmilton trasda dayanıb – güc qurğusunun təzyiqölçən cihazında problemlər yaşanıb. Fettel də əlavə təkərlərlə işləyə bilməyib – mexaniklər onun maşınını yığıb qurtara bilməmişdilər.

Demək olar ki, trasda olan bütün sürücülər səhvə yol veriblər, amma ciddi insident yaşanmayıb. Sessiyanın sonunda Pastor Maldonadonun Lotus-unda əyləclər bloka düşüb və o, trasdan çıxıb. Venesuelalı sürücü baryerlərə toxunmaqdan qurtula bilib, amma motor sönüb. Onun komanda yoldaşı Roman Qrojanın bəxti heç gətirməyib – fransalı sürücü boksu tərk etməyib.

Caterham-də də vəziyyət yaxşı olmayıb: hər iki sürücü cəmi bir dövrə vura bilib və bir daha boksdan çıxmayıblar. Kobayaşinin maşınında yanacaq sistemi, Eriksonun maşınında isə batareya sıradan çıxıb. Marussia-nın sürücüləri də az məsafə qət ediblər. Sebastyan Fettel isə bir neçə dövrə vura bilib və yeddinci nəticəni göstərib.

Mövsümün ilk rəsmi protokollarına Fernando Alonso başçılıq edib, onun nəticəsi keçənilki nəticədən xeyli geri qalıb…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:31.84020
02C.BattonMcLarenMercedes1:32.357+ 0.51723
03V.BottasWilliamsMercedes1:32.403+ 0.56327
04F.MassaWilliamsMercedes1:32.431+ 0.59119
05D.RikkardoRed BullRenault1:32.599+ 0.75926
06N.RosberqMercedes AMGMercedes1:32.604+ 0.76417
07S.FettelRed BullRenault1:32.793+ 0.95310
08K.MaqnussenMcLarenMercedes1:32.847+ 1.00728
09K.RəykkönenFerrariFerrari1:32.977+ 1.13719
10J.E.VernToro RossoRenault1:33.446+ 1.60630
11N.HülkenberqForce İndiaMercedes1:33.533+ 1.69323
12S.PeresForce İndiaMercedes1:33.855+ 2.01524
13D.KvyatToro RossoRenault1:34.272+ 2.43227
14E.QutyerresSauberFerrari1:35.578+ 3.7387
15A.SutilSauberFerrari1:36.445+ 4.60513
16J.ByankiMarussiaFerrari1:40.859+ 9.0196
17M.ÇiltonMarussiaFerrari1:46.922+ 15.0824
18M.EriksonCaterhamRenault1
19L.HəmiltonMercedes AMGMercedes1
20K.KobayaşiCaterhamRenault1
21P.MaldonadoLotusRenault2
22R.QrojanLotusRenault

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:04 - 02 Aprel, 2013

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +29°-31° C Gözlənildiyinin tam əksinə olaraq, Avstraliya Qran Prisi əla hava ilə […]

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +29°-31° C

Gözlənildiyinin tam əksinə olaraq, Avstraliya Qran Prisi əla hava ilə başlayıb – trasa günəş nur saçıb və yağış yağmayıb. Trasa ilk olaraq Daniel Rikkardo çıxıb, amma dövrəni başa vurmayaraq boksa qayıdıb. Digər sürücülər də eyni addımı atıblar. Sessiyanın ilk yarım saatı heç kim sürətli dövrə atmayıb və yalnız 38-ci dəqiqədə mövsümün ilk nəticəsini Rikkardo göstərib

Tezliklə sürücülər bir-birinin ardınca trasa tələsiblər. Uzun müddət böyük fərqlə Kimi Rəykkönen protokollara başçılıq edib, amma sonra ənənəvi liderlər: Ferrari və Red Bull öz sözlərini deyiblər. Mövsümün ilk rəsmi protokollarına Sebastyan Fettel başçılıq edib – 1:27.211, Felipe Massa öz komanda yoldaşı Fernando Alonsonun önündə ikinci olub, Mercedes AMG-nin yeni sürücüsü Lyuis Həmilton dördüncü nəticə göstərib. Onun keçmiş McLaren komandasının sürücüləri isə sürətləri ilə fərqlənməyiblər – Batton 9-cu, Peres isə 11-ci olub.

Ümumən sürpriz baş verməyib – autsayderlər də elə keçən il olanlardır…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:27.21116
02F.MassaFerrariFerrari1:27.289+ 0.07817
03F.AlonsoFerrariFerrari1:27.547+ 0.33616
04L.HəmiltonMercedes AMGMercedes1:27.552+ 0.34118
05M.UebberRed BullRenault1:27.668+ 0.45718
06K.RəykkönenLotusRenault1:27.877+ 0.66617
07N.RosberqMercedes AMGMercedes1:28.013+ 0.80217
08A.SutilForce İndiaMercedes1:28.426+ 1.21519
09C.BattonMcLarenMercedes1:28.440+ 1.22919
10R.QrojanLotusRenault1:28.520+ 1.30915
11S.PeresMcLarenMercedes1:28.597+ 1.38619
12N.HülkenberqSauberFerrari1:28.786+ 1.57519
13P.di RestaForce İndiaMercedes1:28.910+ 1.69918
14P.MaldonadoWilliamsRenault1:29.443+ 2.23220
15V.BottasWilliamsRenault1:29.928+ 2.71719
16E.QutyerresSauberFerrari1:30.203+ 2.99217
17J.E.VernToro RossoFerrari1:30.729+ 3.51817
18D.RikkardoToro RossoFerrari1:30.969+ 3.75819
19J.ByankiMarussiaCosworth1:31.263+ 4.05224
20M.ÇiltonMarussiaCosworth1:32.176+ 4.96523
21Ş.PikCaterhamRenault1:32.274+ 5.06321
22Q.van der QardeCaterhamRenault1:32.388+ 5.17718

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:12 - 17 Mart, 2012

Qurumaqda olan tras, sessiyanın sonunda quru tras. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +23° C Formula1 üzrə 63-cü dünya […]

Qurumaqda olan tras, sessiyanın sonunda quru tras. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +23° C

Formula1 üzrə 63-cü dünya çempionatı Melburnun Albert Park avtodromunda start alıb. Sinpotiklər haqlı olublar – birinci məşqlər nəm trasda baş tutub. Sessiyadan əvvəl yağmış yağış kəssə də, sürücülər ilk 45 dəqiqəni aktiv olmayıblar.

Elə ilk dəqiqələrdə Narain Kartikeyanın maşınında motorun soyuducu mayesinin temperaturu qalxıb və elektronika təhlükəsizlik baxımından motoru söndürüb.

Sliklərə birinci olaraq Sauber komandası keçib və Kamui Kobayaşi uzun müddət protokollara başçılıq edib. Sonra yaponiyalı sürücünü Mixael Şumaher, daha sonra isə McLaren sürücüləri sıxışdırıblar. Sonda Censon Batton birinci olub.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01C.BattonMcLarenMercedes1:27.56011
02L.HəmiltonMcLarenMercedes1:27.805+ 0.24514
03M.ŞumaherMercedes AMGMercedes1:28.235+ 0.67517
04F.AlonsoFerrariFerrari1:28.360+ 0.80021
05M.UebberRed BullRenault1:28.467+ 0.90721
06N.RosberqMercedes AMGMercedes1:28.683+ 1.12322
07D.RikkardoToro RossoFerrari1:28.908+ 1.34823
08P.MaldonadoWilliamsRenault1:29.415+ 1.85516
09K.RəykkönenLotusRenault1:29.565+ 2.0058
10K.KobayaşiSauberFerrari1:29.722+ 2.16226
11S.FettelRed BullRenault1:29.790+ 2.23021
12N.HülkenberqForce İndiaMercedes1:29.865+ 2.30517
13P.di RestaForce İndiaMercedes1:29.881+ 2.32118
14B.SennaWilliamsRenault1:29.953+ 2.39321
15S.PeresSauberFerrari1:30.124+ 2.56422
16R.QrojanLotusRenault1:30.515+ 2.95516
17H.KovalaynenCaterhamRenault1:30.586+ 3.02616
18F.MassaFerrariFerrari1:30.743+ 3.18311
19J.E.VernToro RossoFerrari1:31.178+ 3.61817
20V.PetrovCaterhamRenault1:31.983+ 4.4238
21T.QlokMarussiaCosworth1:34.730+ 7.1708
22Ş.PikMarussiaCosworth1:40.256+ 12.69611
23N.KartikeyanHispaniaCosworth3
24P.de la RosaHispaniaCosworth

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Avstraliya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:19 - 25 Mart, 2011

Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temparaturu +22° C Mark Uebber yeni mövsümün ilk rəsmi sessiyasında protokollara başçılıq edib. […]

Quru. Buludlu. Havanın temperaturu +16° C, trasın temparaturu +22° C

Mark Uebber yeni mövsümün ilk rəsmi sessiyasında protokollara başçılıq edib. Ev trasında avstraliyalı sürücü RB7-nin sükanı araxsında öz komanda yoldaşı, sonuncu dünya çempionu Sebastyan Fetteli qabaqlaya bilib. Üçüncü olmuş Fernando Alonso Marka 1 saniyə uduzub.

Sessiya qəza ilə başlayıb: boksdan təzəcə çıxmış Karun Çandhok yeni Team Lotus maşınını üçüncü döngənin çıxışında ram edə bilməyib və divara çırpıb – qəza sürücünün səhvi üzündən baş verib.

Hər bir komanda öz proqramı üzrə işləyib. Sürücülər yeni Pirelli təkərlərini, arxa antiqanadın hərəkətli elementini və KERS-i işdə yoxlayıblar. McLaren hamının gözlədiyinin əksinə olaraq, yaxşı təsir bağışlayıb, Mercedes GP isə ümidləri doğruldub. Lotus Renault GP sürücüləri yaxşı nəticə göstərə bilməyiblər.

Hamı Hispania komandasının debüt etməsini gözləsə də bu baş verməyib – komanda maşınlardan birini nahardan sonra trasa çıxarmağı planlaşdırır. Marussi Virgin komandasının sürücüləri isə “107%” intervalına sığmayıblar.

Nahardan sonra kiçik yağış gözlənilir…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:26.83120
02M.UebberRed BullRenault1:27.158+ 0.32719
03F.AlonsoFerrariFerrari1:27.749+ 0.91820
04N.RosberqMercedes GPMercedes1:28.152+ 1.32116
05R.BarrikelloWilliamsCosworth1:28.430+ 1.59924
06C.BattonMcLarenMercedes1:28.440+ 1.60929
07L.HəmiltonMcLarenMercedes1:28.483+ 1.65226
08M.ŞumaherMercedes GPMercedes1:28.690+ 1.85914
09K.KobayaşiSauberFerrari1:28.725+ 1.89413
10V.PetrovLotus Renault GPRenault1:28.765+ 1.93415
11F.MassaFerrariFerrari1:28.842+ 2.01120
12N.HaydfeldLotus Renault GPRenault1:28.928+ 2.09714
13A.SutilForce İndiaMercedes1:29.314+ 2.48319
14S.BuemiToro RossoFerrari1:29.328+ 2.49721
15P.MaldonadoWilliamsCosworth1:29.403+ 2.57224
16D.RikkardoToro RossoFerrari1:29.468+ 2.63723
17S.PeresSauberFerrari1:29.643+ 2.81218
18N.HülkenberqForce İndiaMercedes1:31.002+ 4.17120
19H.KovalaynenTeam LotusRenault1:32.428+ 5.59713
20J.D’AmbrozioMarussia VirginCosworth1:35.282+ 8.45117
21T.QlokMarussia VirginCosworth1:35.289+ 8.45815
22K.ÇandhokTeam LotusRenault1
23N.KartikeyanHispaniaCosworth
24V.LiutsiHispaniaCosworth

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər , , , , ,
Paylaş

logo