Avstraliya Qran Prisi Albert Parkda qalacaq

Avstraliya Qran Prisi dünya çempionatının təqvimində qaldığı müddət ərzində Melburnun Albert Parkında keçiriləcək – bu məlumatı Viktoriya ştatının hökuməti təsdiq […]

Avstraliya Qran Prisi dünya çempionatının təqvimində qaldığı müddət ərzində Melburnun Albert Parkında keçiriləcək – bu məlumatı Viktoriya ştatının hökuməti təsdiq edib. Yarışın taleyi barədə son vaxtlar çox söz-söhbət gəzirdi, onun təşkilatçısı Ron Uoker isə yarışın iqtisadi baxımdan digər trasda keçirilməsini bəyan eləmişdi.

Lakin Viktoriyanın turizm və kütləvi tədbirlər naziri Luiz Eşer bildirib ki, yeni avtodromun tikintisi 300 milyon dollara başa gələcək, ona görə də Qran Prini Melburnda keçirmək daha məqsədyönlüdür.

Luiz Eşer: “Qran Pri Albert parkda qalacaq. Yarış melburna əla reklam təmin edib.

Yeni müqavilə üzrə danışıqlar isə 2013-cü ildə başlayacaq, əvvəlki müqavilə çox bahdır, məncə, vergi ödəyiciləri daha sərfəli müqaviləyə ümid edə bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*