14 Noyabr 2018, Çərşənbə - 15:21

Avstraliya-2018: Maraqlı statistika

Avstraliya-2018: Maraqlı statistika

Müəllif: Elçin Zodorov, redaktor

09:10 - 27 Mart, 2018

F-1.az Avstraliya Qran Prisindən sonra maraqlı statistik məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Lyuis Həmilton Albert Parkda 7-ci (ardıcıl 5-ci), karyerasında isə 73-cü poulunu qazanıb. Britaniyalı sürücü poul sayına görə Formula1 tarixində ən uğurlu sürücüdür. O, həm də iştirak etdiyi yarışların 35%-inə pouldan başlayıb.

Albert Park Lyuis Həmiltonun 7 poul qazandığı ilk trasdır. Bir trasda ən çox poul qazanmaq rekordu Ayrton Senna (İmola – 8) və Mixael Şumaxerə (Suzuka – 8) aiddir.

Lyuis Həmilton Avstraliya Qran Prisində birinci cərgədən 8 dəfə start almış ilk sürücü olub.

Sıralanma turunda ikinci olan Kimi Rəykkönen karyerasında 40-cı dəfə yarışa ilk cərgədən başlayıb.

Kevin Maqnussenin yarışa 5-ci yerdən başlaması Haas komandasının tarixində hələ ki, ən yaxşı nəticə olub.

Niko Hülkenberq tarixdə ardıcıl dörd yarışa 7-ci yerdən başlayan ilk sürücü olub.

 

YARIŞ

Sebastyan Fettelin qələbəsi karyerasında 48-ci, Ferrari üçün isə 950-ci yarışda 230-cu qələbə olub.

Sebastyan Fettel karyerasında 100-cü podiumunu əldə edib. Alman sürücü demək olar ki, keçirdiyi hər iki yarışdan birində podiuma yüksəlib.

Sebastyan Fettel karyerasında 199-cu dəfə start alıb və bu göstəriciyə görə Alen Prosta çatıb. Lakin qələbə sayında fransıza çatmaq üçün daha 3 dəfə finiş xəttini birinci keçməlidir.

2004-cü ildən bəri ilk dəfə Ferrari hər iki sürücüsü ilə Albert Parkda podiuma yüksəlib.

Sebastyan Fettel Avstraliya Qran Prisinin 28-ci dövrəsində Formula1 tarixində 3000 dövrədən çox liderlik edən üçüncü sürücü olub. Ondan öndə Mixael Şumaxer (5111) və Lyuis Həmilton (3535) var.

2015-ci ildə baş tutmuş Sinqapur Qran Prisindən bəri ilk dəfə Renault mühərriklərindən istifadə edən bütün maşınlar xal qazanıb. O vaxt sadəcə iki komanda fransızlardan motor alırdısa, indi onların sayı üçdür.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər ,
Paylaş

logo