20 Oktyabr 2017, Cümə - 21:58

Avstraliya-2017: Üçüncü sərbəst yürüşlər

Avstraliya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

08:13 - 25 Mart, 2017

Melburnda şənbə günü maraqlı hadisələrlə başlayıb. Paskal Verlyayn fiziki hazırlığının yarışı başa vurmağa imkan verməyəcəyini əsas gətirərək Avstraliya Qran Prisini buraxacağını açıqlayıb. Onu üçüncü sərbəst yürüşlərdən etibarən Antonio Covinatsinin əvəz edəcəyi bildirilib.

F-1.az xəbər verir ki, Ferrari sürücüləri həftəsonu ərzində ilk dəfə sıralanma rejimində işləyiblər və sessiyanın əvvəlindən liderliyi ələ alıblar. Sebastyan Fettel ən sürətli dövrəni vurub. Komanda yoldaşı Kimi Rəykkönen ona dərhal cavab vermək istəyib, lakin trasdakı qırıntı onun maşınının təkərini deşib və bu cəhdi uğursuz olub. Kimi bir müddətdən sonra trasa qayıdıb və liderliyə yüksəlib, lakin Sebastyan möhtəşəm dövrə vuraraq ən yaxşı nəticəni yenidən ələ keçirib, həm də trasın yeni rekordunu müəyyən edib.

Mercedes AMG sürücüləri də UltraSoft-larla çıxış ediblər, lakin Fettelin tempinə çata bilməyiblər. Həm Valtteri Bottas, həm də Lyuis Həmilton ona demək olar ki, yarım saniyə uduzublar. Lyuis bir neçə səhvə yol verib, lakin sektorlar üzrə ən yaxşı nəticələrini topladıqda belə, Fetteldən xeyli ləng olduğunu görə bilərik. Bir dəst UltraSoft təkər itirən Kimi isə daha bir sürətli dövrəyə cəhd etməyib.

Beşinci yer uğrunda gərgin mübarizə gedib. Rikkardo uzun müddət bu yeri zəbt etsə də, yeni təkərlərlə yaxşı nəticə göstərən Hülkenberq onu qabaqlayıb. Sürücülər yeni UltraSoft təkərlərlə trasa qayıdaraq nəticələrini yaxşılaşdırmaq istəyiblər, lakin sessiya qırmızı bayraqlarla dayandırılıb. Ləns Stroll 10-cu döngənin çıxışında səhvə yol verib və maşını divara vurub. Lənsə heç nə olmayıb, lakin maşının sağ tərəfi xeyli zədələnib. Sessiyanın sonuna bir neçə dəqiqə qaldığından yenidən davam etdirilməyib.

Bizi olduqca gərgin sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:23.38012
277Valtteri BottasMercedes AMG1:23.859+ 0:00.47912
344Lyuis HəmiltonMercedes AMG1:23.870+ 0:00.49012
47Kimi RəykkönenFerrari1:23.988+ 0:00.60810
527Niko HülkenberqRenault1:25.063+ 0:01.68310
63Daniel RikkardoRed Bull1:25.092+ 0:01.71215
78Roman QrojanHaas1:25.581+ 0:02.20111
855Karlos SaynsToro Rosso1:25.948+ 0:02.56811
926Daniil KvyatToro Rosso1:26.049+ 0:02.66911
1020Kevin MaqnussenHaas1:26.138+ 0:02.75811
1119Felipe MassaWilliams1:26.237+ 0:02.85715
1233Maks FerstappenRed Bull1:26.269+ 0:02.8897
1311Serxio PeresForce İndia1:26.457+ 0:03.07712
1414Fernando AlonsoMcLaren1:26.556+ 0:03.1767
152Stoffel VandornMcLaren1:26.699+ 0:03.3199
1631Esteban OkonForce İndia1:27.103+ 0:03.72316
1718Ləns StrollWilliams1:27.327+ 0:03.94712
189Markus ErikssonSauber1:27.402+ 0:04.02210
1930Colion PalmerRenault1:28.320+ 0:04.94012
2036Antonio CovinatsiSauber1:28.583+ 0:05.20318

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 499
Teqlər , , , , , ,
Paylaş

logo