20 Oktyabr 2017, Cümə - 21:57

Avstraliya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Avstraliya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Elçin Zodorov, redaktor

06:16 - 23 Mart, 2017

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, Albert Parkda keçən il olduğu kimi, bu il də Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 6-cı və 14-cü döngələrdə təkərlərdən ibarət baryerlərdə dəyişikliklər edilib. Səkkizinci döngədə sol tərəfdəki “cib” bağlanıb. Trasın 11-ci və 12-ci döngələrindəki porebriklər beton vasitələrlə gücləndirilib, 12-ci döngənin çıxışında isə ikili porebriklər qoyulub. Bunlardan əlavə, həm də 12-ci döngənin qarşısına TecPro xüsusi baryerləri quraşdırılıb – bu baryerlərdən Albert Parkda heç vaxt istifadə olunmamışdı.

Melburnda DRS zonaları keçənilki kimi olacaq. FİA yeganə interval ölçmə nöqtəsi ilə iki DRS zonasını da təsdiq edib: hər il olduğu kimi əgər 14-cü döngənin apeksinə 13 metr qalmış maşınlar arasında interval ölçülən nöqtədə interval bir saniyədən az olarsa, onda hücum edəcək sürücü DRS sistemini iki ardıcıl düzlükdə aktivləşdirə bilər – start düzlüyündə (1-ci döngəyə 762 metr qalmış) və ikinci-üçüncü döngələr arasındakı düzlükdə (3-cü döngəyə 510 metr qalmış).


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 200
Teqlər , , , ,
Paylaş

logo