16 Oktyabr 2018, Çərşənbə axşamı - 21:06

Avstraliya-2016: 2-ci sərbəst yürüşlər

Avstraliya-2016: 2-ci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:35 - 18 Mart, 2016

Nahar fasiləsində başlayan yağış elə ikinci sessiyanın əvvəlində də yağmağa davam edib. Bir qədər sonra yağış dayanıb, səmanın üzü açılıb və sürücülər trasa tələsiblər.

F-1.az xəbər verir ki, bu dəfə trasa birinci daniel Rikkardo çıxıb – avstraliyalı sürücü azarkeşlərin gözləri önündə trasın vəziyyətini keçid təkərlərlə qiymətləndirib. Onun ardınca Rosberq, Kvyat və Sayns da trasa tələsiblər – xatırladaq ki, ispaniyalı sürücü nahardan əvvəl maşında yaranmış yanacaq sistemindəki problem üzündən trasa çıxa bilməmişdi.

İlk yarım saatın sonunda Rosberq 8-ci döngədə səhvə yol verib – maşın qoruyucu baryerlərə çırpılıb. Zədələnmiş ön qanadla boksa qayıtmağa çalışan Nikoya komandadan dayanmaq əmri gəlib – Mercedes AMG-yə isə bunu FİA əmr edib. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub – maşının təxliyyəsi bir neçə dəqiqə çəkib.

Sessiyanın ortasında asfalt quruduğundan nəticələr yaxşılaşmağa başlayıb – amma sürücülər sliklərə keçməyə macal tapmayıblar. Yenidən başlayan yağış faktiki olaraq sessiyaya son qoyub.

Sauber komandası, ümumiyyətlə, trasa çıxmayıb, Maks Ferstappen də boksu tərk etməyib. Bu gün komandalar sazlanmalarla işləyə bilməyiblər. Sabah səhər birsaatlıq məşq zamanı komandalar bunu etməyə çalışacaqlar – amma hava proqnozu yenə də yağış vəd edir.

Səhər olduğu kimi, protokollara Lyuis Həmilton başçılıq edib, Manor sürücüləri isə ən çox məsafə qət ediblər…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:38.8417
227Niko HülkenberqForce İndia1:39.308+ 0:00.4678
37Kimi RəykkönenFerrari1:39.486+ 0:00.6457
43Daniel RikkardoRed Bull1:39.535+ 0:00.6949
555Karlos SaynsToro Rosso1:39.694+ 0:00.85316
614Fernando AlonsoMcLaren1:39.895+ 0:01.05416
722Censon BattonMcLaren1:40.008+ 0:01.16713
85Sebastyan FettelFerrari1:40.761+ 0:01.9207
911Serxio PeresForce İndia1:41.256+ 0:02.4158
1026Daniil KvyatRed Bull1:42.411+ 0:03.57010
1121Esteban QutyerresHaas1:42.891+ 0:04.05010
1294Paskal VerlyaynManor1:43.401+ 0:04.56025
138Roman QrojanHaas1:43.731+ 0:04.8908
1488Rio HaryantoManor1:44.304+ 0:05.46322
156Niko RosberqMercedes AMG1:47.356+ 0:08.5154
1620Kevin MaqnussenRenault2
1730Colion PalmerRenault5
1819Felipe MassaWilliams2
1977Valtteri BottasWilliams2
209Markus ErikssonSauber
2112Felipe NasrSauber
2233Maks FerstappenToro Rosso

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 412
Teqlər ,
Paylaş

logo