Analiz: Avropa Qran Prisinin uğurlu olmasını nə təmin etdi?

Şübhəsiz, Azərbaycandakı Formula1 həftəsonu uğurlu alındı. Avropa Qran Prisinin təşkilatçıları Formula1 ailəsinin müsbət rəylərini haqq etdilər, görünür elə özləri də istədiklərini əldə etdilər.

Bakı şəhərinin Formula1-ə təklif etdiyi bəzi məqamlar var idi. Orta əsrin qalaları ilə rəngarəng mərkəz operator və fotoqrafların zövqüncə oldu. Böyük meqapolisin tam ortasında qurulmuş 6 km-lik trek isə pilotların ürəyincə oldu.

Trekin uzunluğu – yəqin ki, diskomforta səbəb olan tək amil idi. Hər şey o qədər dağınıq idi ki, bir nöqtədən digərinə keçmək çox çətinliklə başa gəlirdi.

Trekin özü pilotlar tərəfindən çoxlu sayda müsbət rəylər aldı. Cümə gününün axşamına yalnız Rio Haryanto səhvsiz idarəetmə ilə seçilirdi. Təəccüblüdür ki, baryerlərə çırpılanlar Monakoda podiuma qalxan Lyuis Həmilton, Daniel Rikkardo və Serxio Peres idi. Bu isə öz növbəsində trekin fərqli xüsusiyyətlərinə işarədir.

Mercedes Motorsport-un rəhbəri Toto Volff çox dəqiqliklə Bakı trekinin nədən bu qədər sevildiyini xarakterizə etmişdi: “Formula1-də heç kəs supermarket ətrafında yerləşən avtodayanacaqda inşa edilmiş kimi trekləri görmək istəmir: harda ki, səhv buraxmağına baxmayaraq uzun təhlükəsizlik zonalarının hesabına mübarizəni davam etdirə bilirsən”.

GP2 seriyasının iki yarışı başgicəlləndirici ssenari ilə keçdi. Trekə bir neçə dəfə təhlükəsizlik avtomobili çıxdı, restartlarda qəzalar baş verdi, bu isə öz növbəsində yarış rəhbərliyini sarı bayraqların göstərilməsi haqqında düşünməyə məcbur edirdi. F1-də buna bənzərin olacağı gözləntiləri var idi. Aydın idi ki, uzun düzlük bir neçə gərgin döyüşün arenası olacaq. Əfsuslar, ilk yarış bir o qədər hadisələrlə bol olmadı. Niko Rosberq inamlı qələbə qazandı və sarı bayraqlar hansısa pilotların yarışı dayandırdıqları zaman dalğalandı. Təəssüf ki, bazar günü yarışı izləməyə başlayan tamaşaçılar Valensiyanı xatırladılar. Əslində, 22 pilotdan birinin səhvi yarışda hər şeyi dəyişə bilərdi.

Bəli, həftəsonu ərzində porebriklərlə və Valtteri Bottasın bolidini sıradan çıxaran drenaj qəfəsilə problem yaşandı, ancaq belə hallar Monakoda da olur. Əsas odur ki, problemlər FİA və təşkilatçı tərəfindən birlikdə tez bir zamanda aradan qaldırılırdı.

Arif Rəhimov və Fernando Alonso
Arif Rəhimov və Fernando Alonso

 

Yarışın təşkilatçısı “heyrandır”

Debüt yarış həftəsi müəyyən qaçılmaz nasazlıqlar baş verirdi, ancaq ümumən hər şey qaydasında keçdi.

“Mən heyranam, – yarışın təşkilatçısı Arif Rəhimov etiraf etdi, – Bu çox əla tədbir idi, biz çoxlu müsbət rəylər aldıq və görünür ki, qarşımızda qoyduğumuz məqsədlərə çatdıq. Biz elə etdik ki, kommersiya hüquqlarının sahibləri daxil olmaqla hər kəs razı qaldı. Yarış mükəmməl alındı. Marşallar öz işlərini əla gördülər. Biz səviyyənin artmasına çalışmağa davam edəcəyik. Kənar gözlərdən gizlədilən təşkilati problemlər var idi. Belə hallar olur.

Bu təlim prossesidir. Təcrübədə nəyisə yoxlamaqla hazırlanmış planın zəif nöqtələrini bilmək olar”.

Berni və Hermann Tilke kimi, Arif Rəhimov da təkid edir ki, 2017-ci ildə çox şey dəyişməyəcək.

“Yaxşılaşdırma üçün həmişə geniş imkanlar var. Biz treki daha yaxşı yoxlaya bilərik. Porebrik və drenaj kimi şeyləri. Hər şey yaxşı olanda bunların hamısı xırdalıqlar hesab edilir. Əsas odur ki, bazar günü hər şey işləyirdi və bu gözəldir”.

Çarli Uaytinqin brifinqdə təhlükəsizlik zonalarına ayırdığı diqqətə baxmayaraq, bəzi pilotların narazılıqları var idi. Əsas məqam o idi ki, Monako kimi Bakı trekində geniş təhlükəsizlik zonaları yox idi. “Biz mümkün olan boş ərazilərdən maksimum istifadə etməyə çalışdıq, – Arif Rəhimov dedi, – Ola bilər ki, növbəti mövsümə qədər bəzi dəyişikliklər etməyə və təhlükəsizlik zonalarının genişləndirməyə müvəffəq olduq. Böyük fərq olmayacaq”.

Müsbət faktor axtarmağın mənasız olduğu bir fakt isə tribunaların boş olması idi. Bu faktorun gəlirə çox təsir edəcəyi müzakirə obyekti deyil. Təşkilatçıların əsas məqsədi Bakı şəhərini teleekran vasitəsi ilə reklam etmək idi.

“Anşlaq olmadı, – Rəhimov etiraf etdi, – Ancaq bu Qran Prini qəbul edib və gözəlliklərimizi nümayiş etdirməklə növbəti yarışı bacardığımız qədər yaxşı reklam edə bildik.

Mən belə düşünürəm ki, növbəti yarışa tribunalardan baxmaq istəyənlərin sayı artacaq. Bu yerli əhaliyə də aiddir. Sadəcə əhalinin əksəriyyəti yarışlarda olmayıblar və yarışdan heç bir gözləntiləri yox idi. İndi onlar bu tədbirin gözəlliyinin nədə olduğunu anlayırlar. Bu böyük miqyaslı və yüksək səviyyəli beynəlxalq hadisədir. Mən düşünürəm ki, bu, bir çoxlarının baxış nöqtəsini dəyişdirəcək və çoxlu sayda fanatların cəlb olunmasına yardım edəcək”.

Avropa Qran Prisi adı yerinə düşməmiş ola bilərdi. Bu qərarın məntiqi izahı Avroviziya və Avropa oyunlarına ev sahibliyinə bağlıdır. Gələcəkdə Azərbaycan Qran Prisi adı ilə əvəzlənmə bilet satışını artıra bilər.

 

Gecə yarışı lazım deyil

Formula1 paddokunun bəzi personajlarının Bakıda gecə yarışı keçirmək istədikləri haqqında Arif Rəhimov xəbərdardır. Ancaq Arif Rəhimov buna ehtiyac olduğuna əmin deyil.

“Gecə yarışı əlavə çətinlikdir, – o izah etdi, – Telegörüntü üçün lazım olan işıqlandırmanı əldə etmək çox çətindir. Bundan əlavə, bunu hər il qurmaq və yenidən sökmək tələb olunur. Bu 20 milyon avroya başa gəlıcək. Bu məbləği başqa təşkilatçılar söyləyir. Əlavə olaraq elektrik enerjisinin qiyməti nəzərə alınmalıdır. Ola bilər ki, gələcəkdə bizim yarış baxıcılar üçün adiləşsə, biz gecə yarışını nəzərdən keçirək. Ancaq belə olacağına inanmıram.

Azadlıq meydanı
Telegörüntüyə mənfi təsiri yarışın startı göstərdi. GP2-nin və F1-in gün işığı altında baş tutan sərbəst yürüşlərində hər şey mükəmməl görünürdü. Yarışın startı günbatan zamanına düşdü və tikililərin kölgəsi trekin üzərinə düşürdü. Şarm bir az itdi.

Növbəti ildə yarışın startının vaxtı dəyişdirilə bilər. İlk növbədə ona görə ki, yarışımız Le Manın 24 saatlıq marafonu ilə üst-üstə düşən deyil. Biz yarışı yayda keçirmək istəyirdik və cənab Ekklstoundan bunu xahiş edirdik. Hava hər kəsin xoşuna gəldi və elə buna biz bel bağıayırdıq. Gündüzlər bizdə uzundur və yarışın startı ilə bağlı geniş manevrlərə imkanımız var. Mənə elə gəlir ki, yarışın gec start alması azarkeşlər üçün xüsusi atmosfer yaradır. Yarışdan sonra birbaşa konsertə baxmaq olar. Şəxsən mən düşünürəm ki, cədvəl baxımından hər şey yaxşı işlədi, ancaq növbəti il barəsində biz bir az düşünəcəyik.

 

Arif Rəhimov ikihəftəlik fasilə istəyir

F1 Logistikasının xüsusiyyətlərinə görə, böyük ehtimalla, Bakı yarışı Monreal ilə qonşuluq edəcək, ancaq təşkilatçı iki yarış arasında 2 həftəlik fasilə istəyir. “Mən düşünmürəm ki, gələn il bizim Kanada yarışı ilə fasiləmiz yenə də 1 həftə olacaq, – Rəhimov dedi, – Qran Prini ilk dəfə qəbul etdiyimizi nəzərə alsaq, çərşənbə axşamına bütün texnikanı trasa gətirmək çox çətin idi. Paddokun necə işlədiyini anlamaq üçün biz çox şey öyrənməli idik. Nəticə olaraq hər şey qaydasında idi, amma 1 həftə ehtiyatımız olması daha ideal olardı”.

Ümumulikdə, Bakı Qran Prisinin daha yaxşı keçəcəyini təsəvvür etmək çətindir. Yarışın təşkilatçılığına cəlb olunanlar üçün isə həftəsonunun ən əhəmiyyətli anı televiziya vasitəsi ilə yayımlanan panoram kadrlar oldu. “Öz şəhərinin havadan aparılan çəkilişlərini izləyərək və bilərək ki, həmin kadrları yüzlərlə ölkələrdə də izləyirlər əsl iftixar hissi keçirirsən, – Rəhimov fikrini tamamladı, – Hökümət və sərmayədarlar çox razı qaldılar. Start çox yaxşı alındı və mən, gələcəkdə hər şeyin eyni ruhda davam etməməsinin bir səbəbini görmürəm”.

Mənbə: Adam Kuper (Adam Cooper), MotorSport.Com
, , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*