Avropa Qran Prisi: Üçüncü stüard – Mika Salo

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Valensiya Qran Prisinə […]

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Valensiya Qran Prisinə FİA keçmiş Formula1 sürücüsü Mika Salonu dəvət edib.

Finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarının heyətində 109 Qran Pridə start alıb və 1999-cu ildə Ferrari ilə 2 podium qazanıb. Mika hələ də sürücü karyerasını davam etdirir və iki dəfə Lə Man seriyasının GT2 sinfində, bir dəfə ALMS seriyasının GT sinfində qələbələr qazanıb.

Mika ilə birlikdə Avropa Qran Prisinin mübahisəli insidentlərini FİA institutunun vitse prezidenti, avstraliyalı Qərri Konelli və Milan Avtomobil Klubunun üzvü Paolo Lanqoni araşdıracaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*