Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +46° C
Valensiyada sıralanma turu həlledici əhəmiyyət kəsb edir, bu trasda keçirilmiş dörd yarşdan üçündə poulun sahibi qarışda qələbə qazanıb – son iki ildə bu trasda poul və qələbəni Sebastyan Fettel bayram edib.
Fettelin komanda yoldaşı Mark Uebber praktiki olaraq sərbəst yürüşlərdə tam işləyə bilməyib – maşının müəyyən sistemlərində hidravlik problemlər üzə çıxıb. Timo Qlok isə bu gün səhər sərbəst yürüşlərdən sonra özünü pis hiss edib və sıralanma turunu buraxmalı olub.
Birinci sessiyada Uebber növbəti problemlərlə üzləşib – hətta Soft təkərlərlə trasa çıxan avstraliyalı sürücü növbəti sessiyaya çıxa bilməyib. Heykki Kovalaynen mövsümdə ikinci dəfə növbəti sessiyaya adlayıb, Mark, Vern və yeni komandaların digər sürücüləri isə mübarizədən kənar qalıblar. Protokollara Pastor Maldonado başçılıq edib – 1:38.825.
İkinci sessiyada Heykki Medium təkərlərlə Rikkardonu da qabaqlayıb. Digər sürücülərin mübarizəsi gərgin olub və ilk onluq 0.214 saniyəyə yerləşib. Ona görə də sürətli dövrədə kiçik bir səhv həlledici olub. Hər iki Ferrari sürücüsü, yeddiqat dünya çempionu mübarizəni dayandırmalı olublar, onlarla birlikdə Senna, Peres, Kovalaynen və Rikkardo da poul uğrunda mübarizədən kənar qalıblar. Protokollara Roman Qrojan başçılıq edib – 1:38.504.
Son sessiyada mübarizə daha gərgin olub. Qrojan və Maldonado protokollara başçılıq ediblər, amma Valensiyada poullar ənənəsinə Fettel davam edib və ən yaxın rəqibini 0.3 saniyə qabaqlayıb – 1:38.086, beləliklə, almaniyalı sürücü karyerasında 33-cü, mövsümdə isə 3-cü poulunu qazanıb.
Sabah Fettellə birlikdə birinci cərgədən Lyuis Həmilton start alacaq, arxadan Maldonado və Qrojan liderliyi ələ almağa çalışacaqlar…
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | S.Fettel | Red Bull | Renault | 14 | 1:39.626 | 04 | 1:38.530 | 1:38.086 | – |
02 | L.Həmilton | McLaren | Mercedes | 05 | 1:39.169 | 08 | 1:38.616 | 1:38.410 | + 0.324 |
03 | P.Maldonado | Williams | Renault | 01 | 1:38.825 | 07 | 1:38.570 | 1:38.475 | + 0.389 |
04 | R.Qrojan | Lotus | Renault | 12 | 1:39.530 | 01 | 1:38.489 | 1:38.505 | + 0.419 |
05 | K.Rəykkönen | Lotus | Renault | 11 | 1:39.464 | 05 | 1:38.531 | 1:38.513 | + 0.427 |
06 | N.Rosberq | Mercedes AMG | Mercedes | 04 | 1:39.061 | 02 | 1:38.504 | 1:38.623 | + 0.537 |
07 | K.Kobayaşi | Sauber | Ferrari | 15 | 1:39.651 | 10 | 1:38.703 | 1:38.741 | + 0.655 |
08 | N.Hülkenberq | Force İndia | Mercedes | 03 | 1:39.009 | 09 | 1:38.689 | 1:38.752 | + 0.666 |
09 | C.Batton | McLaren | Mercedes | 13 | 1:39.622 | 06 | 1:38.563 | 1:38.801 | + 0.715 |
10 | P.di Resta | Force İndia | Mercedes | 02 | 1:38.858 | 03 | 1:38.519 | 1:38.992 | + 0.906 |
11 | F.Alonso | Ferrari | Ferrari | 08 | 1:39.409 | 11 | 1:38.707 | – | – |
12 | M.Şumaher | Mercedes AMG | Mercedes | 09 | 1:39.447 | 12 | 1:38.770 | – | – |
13 | F.Massa | Ferrari | Ferrari | 07 | 1:39.388 | 13 | 1:38.780 | – | – |
14 | B.Senna | Williams | Renault | 10 | 1:39.449 | 14 | 1:39.207 | – | – |
15 | S.Peres | Sauber | Ferrari | 06 | 1:39.353 | 15 | 1:39.358 | – | – |
16 | H.Kovalaynen | Caterham | Renault | 17 | 1:40.087 | 16 | 1:40.295 | – | – |
17 | D.Rikkardo | Toro Rosso | Ferrari | 16 | 1:39.924 | 17 | 1:40.358 | – | – |
18 | J.E.Vern | Toro Rosso | Ferrari | 18 | 1:40.203 | – | – | – | – |
19 | M.Uebber | Red Bull | Renault | 19 | 1:40.395 | – | – | – | – |
20 | V.Petrov | Caterham | Renault | 20 | 1:40.457 | – | – | – | – |
21 | P.de la Rosa | HRT | Cosworth | 21 | 1:42.171 | – | – | – | – |
22 | N.Kartikeyan | HRT | Cosworth | 22 | 1:42.527 | – | – | – | – |
23 | Ş.Pik | Marussia | Cosworth | 23 | 1:42.675 | – | – | – | – |
24 | T.Qlok | Marussia | Cosworth | – | – | – | – | – | – |