12 Dekabr 2017, Çərşənbə axşamı - 03:03

Avropa mətbuatı: P.Verlyayn yarışa hazır deyil yoxsa?

Avropa mətbuatı: P.Verlyayn yarışa hazır deyil yoxsa?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:15 - 05 Aprel, 2017

Mercedes-in himayədarlıq etdiyi Paskal Verlyaynın bu ildən çıxış etdiyi Sauber komandasında ardıcıl ikinci yarışı da buraxması Avropa mətbuatında birmənalıq arşılanmayıb…

Biz artıq xəbər vermişdik ki, bu həftəsonu baş tutacaq Çin Qran Prisində də Verlyaynı Ferrari komandasının test və ehtiyat sürücüsü Antonio Covinatsi əvəz edəcək, almaniyalı sürücü isə sükan arxasında Bəhreyn və ya Soçidə qayıdacaq – Sauber-in yaydığı bəyanatda deyilirdi ki, “yenidən yaxşı fiiziki formada olan kimi…” Lakin mütəxəssislər şübhə edirlər ki, mövsümün startında ardıcıl ikinci yarışın buraxılması gənc sürücünün fiziki forması ilə bağlıdır – xatırladaq ki, Paskal yanvar ayında Çempionlar Yarışında qəza edərək zədələnmiş və uzun müddət fiziki məşqlərdən kənar qalmışdı.

Keçmiş F1 sürücüsü, hazırda Britaniyada yayımlanan Fifth Gear verilişinin aparıcısı Tiff Nidl təəccübünü gizlədə bilməyib: “Verlyayn hesab edir ki, onun fiziki hazırlığı yetərli deyil? Siz düşünürsünüz ki, Covinatsi nə vaxtsa öz formasının səviyyəsindən şübhələnib?”

Avropa mətbuatı da keçmiş sürücünün şübhəsi ilə razılaşır. İtaliyanın Gazzetta dello Sport qəzeti xatırladır ki, Sauber bu bəyanatı yaymamışdan bir gün əvvəl Verlyayn ən azı cümə sərbəst yürüşlərində işləmək istədiyini bildirmişdi. Almaniyanın AutoBild qəzeti isə bildirib ki, Paskal bazar ertəsi Mercedes-in simulyatorunda işləyib.

F-1.az bildirir ki, Bild də problemin sürücünün fiziki hazırlığında olmasına tərəddüd edib: “Avstraliyadan sonra Paskal iki on gün məşq edib ki, zəruri formanı yığsın. Ayrton Sennanın keçmiş fizioterapevti Cozef Leberer onunla işləyib. Amma Sauber bəyan edir ki, iddialı Verlyayn yarışlarda iştirakdan könüllü imtian edir? Qəribədir…

Çin və Bəhreyn Qran Prilərini 4 gün ayırır, yəni 4 günə Paskal lazımi formada olacaq? Bəlkə hər şeyd aha mürəkkəbdir?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 127
Teqlər , , , , , ,
Paylaş

logo